Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Güc orqanları bütün Gülençileri ifşa edecekmi?

22 Ağustos 2016

7:04 am


22/08/2016 [11:01]: xeber –
DTX-nın ölkə daxilində Gülənçilərə qarşı apardığı əməliyyatlar cəmiyyətdə
geniş müzakirələrə səbəb olub. Bəziləri buna hakimiyyətin siyasi müxalifəti
sıradan çıxartmaq vasitəsi kimi baxsa da, Azərbaycanda Gülən təhlükəsinin
mövcudluğuna inananlar da az deyil.

Maraqlıdır, güc orqanları bütün Gülənçiləri ifşa edəcəkmi? Yoxsa “MTN
işi”ndə olduğu kimi, bu məsələdə də kölgədə qalanlar, istintaqın diqqətindən
yayınanlar, varlığı görməzdən gəlinənlər olacaq?

Bununla bağlı sayt-a açıqlama verən hüquqşünas Əyyub Kərimov
indidən bu barədə qəti fikir söyləməyin çətin olduğunu vurğuladı:

“Təbii ki, indidə bu barədə konkret fikir söyləmək çətindir.
Hüquq-mühafizə orqanlarının bütün Gülənçiləri məsuliyyətə cəlb edib-etməməsi şəxsən
mənim üçün də maraqlı olan bir məsələdir. Bildiyiniz kimi, Gülənin yalnız
Türkiyədə deyil, dünyanın bir çox ölkələrində tərəfdarları var. Hansı ki, onların
bəzisi üçün Gülən son dərəcə müqəddəsdir. Odur ki, güc orqanlarının Gülənin əlindən,
alnından öpən adamların kimliklərini tək-tək ortaya qoyub-qoymayacağı maraq
doğurmaya bilməz. Hesab edirəm ki, bu sualın ən doğru cavabını zaman verəcək”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler