Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gözümün ağına baxma, qadası, gözümün ağında kömür qarası…

27 Eylül 2016

8:04 pm


28/09/2016 [00:02]: xeber –
Yaman darıxmışam, a Musa Yaqub…Dünyanın bir qara daşı mənimdiM.YaqubaSəngidim olmadı,yağdım olmadı,Daşlara qoşulub axdım, olmadı, Divanım olmadı, taxtım olmadı,Dünyanın bir qara daşı mənimdi.Yağ dedim başıma, yağ, daşlarına,Qaya daşlarına, dağ daşlarına.Könlümü vermədim ağ daşlarınaDünyanın bir qara daşı mənimdi.Mən qara daşları güldüm, qurutdum,Daş-daş ürəyimdə böldüm, qurutdum,Adımı üstündən sildim, qurutdumDünyanın bir qara daşı mənimdi.Canı əlimdədi ölü daşların,Ölməsəm açılmaz dili daşların.Yığılsa dağ olar külü daşlarınDünyanın bir qara daşı mənimdi.Mən yarı şairəm, yarı arıyam,Gərək dərd qoxlayam, kədər darıyam.Sözümün daş qanı, daş damarıyamDünyanın bir qara daşı mənimdi.Gözümün ağına baxma, qadası,Gözümün ağında kömür qarası…Ölləm ağarınca ömür qarasıDünyanın bir qara daşı mənimdi.Ramiz Qusarçaylı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler