Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Göygöle gedenler deyirdiler ki, bizim işimiz zibillemek, sizin işiniz temizlemekdir

30 Haziran 2016

10:20 am


30/06/2016 [14:16]: xeber –
“İnsanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma”.Azərbaycanın milli parklarını Gürcüstandakı parklarla müqayisə etmək düzgün deyil.sayt “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Caspian Plat Forum”da çıxışı zamanı deyib.O bildirib ki, Göygöl Milli Parkı ərazisinə 40 gün ərzində 70 mindən çox turist gəlib:“Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parklar var idi, yəni onların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır. Biz milli düşüncəyə görə, bunu edə bilmirik. Biz insanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər. Amma Gürcüstanda bunu edirlər. Bizə deyirlər ki, niyə Gürcüstanda milli parklara 2 milyon, Azərbaycanda isə 2 min turist gedir. Bunu da unutmayaq ki, Gürcüstana gedən 2 milyon nəfərinin 450 mini Borjomiyə müalicəyə gedən azərbaycanlılardır. Biz Göygöl qoruğunu açdıq, 40 gün ərzində 70 mindən çox adam gəldi. Yəni, bizdə milli parklara heç də 2 min adam getmir. Amma ora gedən adamlar bizi və qoruğu nə günə qoyduqlarını gördünüz. Deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir. Göygöldə kabab bişirmək üçün xüsusi yerlər də ayırdıq”, – deyə nazir bildirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler