Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Göygöl rayonunda su üsyanı yetişir – Əhali feryad edir…

07 Ağustos 2016

7:36 am


07/08/2016 [11:33]: xeber –
Ölkədə nəfəskəsən istilər davam edir. Hətta rəsmi qurumlar avqustun 7-də 42 dərəcə temperaturun olacağı ilə bağlı məlumatlandırılsalar da bazar günü olduğundan bu barədə qaydalara uyğun olaraq “işə çıxmama” qadağası da tətbiq olunmadı. Təbii ki, havalar bu cür əlverişsiz olarkən ilk növbədə yada düşən sudur və insanlar məhz suyun köməyi ilə özlərini  təhlükə saçan havalardan qoruya bilirlər. Kimisi özünü çimərliklərə verir, buna imkanı olmayanlarsa daha çox maye qəbul edərək temperatura müharibə elan etməyə çalışır. Vay o gündən ki, bu “müharibə”ənin əsas silahı olan su qəhətə çıxa…Lap Göygöl rayonunda olduğu kimi. Bazar günü olmasına baxmayaraq rayondan səhər saatlarında həyəcanla sayt -a zəng edərək vəziyyətin kritik həddə çatdığını və əhalinin su üsyanına qalxmağa məcbur olduğunu bildiriblər. İddialara görə rayonda sözün gerçək mənasında su böhranı yaşanır və insanlar əlaqədar qurumların fəaliyyətsizliyindən bərk qəzəblidir. Bildirilir ki, rayon ərazisində təsərrüfat məqsədli suyun ümumiyyətlə kəsilməsi həyət-bacalarını, bağ-bostanlarını məhv edib, vəziyyət dözülməz həddə çatıb. Amma dağların əhatəsində, Göy-göl kimi gölü olan və əslində suvarma məqsədli su mənbələrinin bol olduğu bir rayonda rəsmi qurumların yarıtmaz fəaliyyəti nəticəsində sakinlər Allahın bu nemətindən məhrum ediliblər.Xatırladaq ki, son illər bu rayondakı su böhranı ilə bağlı davamlı şikayətlər, etirazlar eşidilməkdədir. Amma deyəsən tədbir görmək istəyən yoxdur. Mətbuatda yazılmasına baxmayaraq hər il oxşar acınacaqlı mənzərənin yaşanması idarəetmədəki böhranın sübutu hesab oluna bilər…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler