Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Göyçayda toy merasiminde 30-dan çox qonaq qidadan zeherlenib

23 Ağustos 2016

4:48 pm


23/08/2016 [20:46]: xeber –
Göyçay rayonunda keçirilən toy mərasimində qonaqlar arasında qidadan kütləvi zəhərlənmə halı baş verib. APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün axşam saat 18:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib və 30-dan çox adam zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına və Qaraməryəm kənd xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Xəstələrdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir. Hadisə yenicə baş verdiyi üçün zəhərlənən şəxslərin adları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler