Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Görünür, bu adam Əli Kerimliye yarınmaq üçün Qüdret beyi “hedef” seçib”

10 Ekim 2016

8:48 pm


11/10/2016 [00:44]: xeber –
“Azəri-Türk” Qadınlar Birliyinin Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan tədbirdə yaşanan qalmaqal səngimək bilmir. Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlunun tədbir iştirakçılarına tutduğu irad baş vermiş olaya səbəb olub. Onun “Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar. Ancaq çox təəssüf ki, bu gün onlar burada yoxdurlar. Az öncə Qüdrət Həsənquliyev burada fikir səsləndirdi ki, guya o, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub. Ancaq mən Qüdrət Həsənquliyevi tələbə vaxtından tanıyıram. O, heç zaman Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb” kimi fikirləri tədbiri təşkil edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Yasəmən Qaraqoyunluya “Əli  Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb. Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib bu cür tədbirlər təşkil etsinlər, fikir bildirsinlər. O ki, qaldı Qüdrət Həsənquliyevə, o çıxışında demədi ki, mən Xalq Hərəkatının lideri olmuşam. Siz çıxışı düzgün təhlil edin. Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək” cavabına rəvac verdi. Bundan sonra Əli Kərimlinin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov və keçmiş diplomat Turqut Ər öz facebook hesabında xanım Rüstəmxanlıya ittihamlar səsləndirdilər.Baş vermiş olayla bağlı sayt saytına danışan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, iki gündür  bu mövzu ətrafında aidyyatı olan və olmayan şəxslər qoşulmaqdadır: “Əslində Tənzilə xanımın BAXCP sədri Qüdrət Həsənquliyev tədbirə dəvət etmişdi.  Qüdrət bəy də tədbir zamanı çıxış edərək 1991-ci ildə Ali Sovetdə keçirilən səsvermədə SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə səs verən 43 deputatın “İstiqlal” ordeni ilə təltif olunmasını təklif edib. O, deyib ki, “Demblok” üzvlərini çıxmaq şərtilə, Azərbaycanın Müstəqillik Aktına imza atan 50 nəfəri o qədər qəhrəman saymır və əsl qəhrəmanların Azərbaycanın SSRİ-nin tərkibində saxlanılmasına qarşı səs verən 43 nəfər olduğunu hesab edir. Bu adamlar doğrudan da qəhrəmandırlar. Həmin insanlara “İstiqlal” ordeni verilməlidir. Bu adamlar Azərbaycanda sağlam ruhda böyüyən insanlara da yaxşı örnəkdirlər. Onlar əsl vətənpərvərdirlər. BAXCP lideri həm də əlavə edib ki,  inqilabla hakimiyyətə gələnlər adətən demokratiya adı ilə hakimiyyətə gəlirlər. Ancaq demokratiya deyil, dikdatura formalaşdırırlar:”Biz bunu bir sıra inqilablarda da görmüşük. Bilirsiniz ki, Azərbaycanda xalq hərəkatı Dağlıq Qarabağa görə başlayıb. Azərbaycanda Qarabağ hərəkatı yeni başlayanda Kamran Bağırov birinci katib idi. Ancaq o, Heydər Əliyev kimi güclü siyasi lider deyildi. Lakin Kamran Bağırovun gücü ona çatdı ki, o, tələbələrə, zavod və müəssisələrdə çalışanlara küçələrə çıxıb xalq hərəkatına başlamaq üçün yaşıl işıq yandırmışdı. Bütün bunları ona görə qeyd edirəm ki, bəzi insanlar Azərbaycan Xalq Hərəkatından çıxan bir illik hakimiyyətin niyə qısa ömür sürməsinin səbəbini bilməlidir“.Niyaməddin Orduxanlının sözlərinə görə, Qüdrət Həsənquliyev tədbiri tərk edəndən sonra həmin Yasəmən Qaraqoyunlu onun əleyhinə danışmağa başlayıb və onun da cavabını Tənzilə Rüstəmxanlı verib. Sadəcə, bizim üçün maraqlı o oldu ki, uzun müddətdir Əli Kərimliyə qarşı kəskin çıxışlar edən, bəzən təhqirlərə yol verən Yasamən Qaraqoyunlu 180 dərəcə dəyişərək Əli Kərimlini müdafiə edib. Dünən qədər bu, adam başqa mövqedə olub. Qüdrət bəyin milli azadlıq hərəkatındakı fəaliyyətinə gəldikdə isə, bu bir tarixdir və onun heç kim dana bilməz: “Milli Azadlıq Hərəkatı yaranan gündən Qüdrət bəy BDU-nun hüquq fakultəsinin tələbəsi kimi milli azadlıq hərəkatında yaxından iştirak edib. Milli Azadlıq Hərəkatının əsas nüvəsini təşkil edən tələbə hərəkatının – Şimalı Azərbaycan Tələbə Hərəkatının lideri olub və bu, birbaşa seçkili yolu ilə olub. Bundan başqa AXC-nin BDU şöbəsinin idarə heyətinin üzvü olub. Bütün bunlar milli azadlıq hərəkatında yaxından iştirak edən bir çox adamların gözü qarşısında baş verib. Və Qüdrət bəy də bu günə kimi  heç bir yerdə deməyib ki, milli azadlıq hərəkatının lideri olub. Bu xanımın bunu özündən uydurması bütün tədbir iştirakçılarının gözü qarşısında baş verib. Görünür, bu adam Əli Kərimliyə yarınmaq üçün Qüdrət bəyi “hədəf” seçib. Belə bir adama başqa nə deyəsən?!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler