Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Görüntüleri ile heyretlendiren meyve-terevezler – MARAQLI

17 Ekim 2016

9:12 am


17/10/2016 [13:10]: xeber –
Yəqin ki, həyatınızda bircə dəfə olsun belə qeyri-adi formaya, görünüşə malik meyvə və ya tərəvəz rastınıza çıxıb. Həmin meyvəni və ya tərvəzi hansısa bir heyvana, əşyaya, hətta insana belə bənzətmisiniz. Hətta üzərində dini kəlamlar yazılmış meyvə-tərəvəzlər belə rastınıza çıxıb və ya sosial şəbəkələrdə görmüsünüz. sayt sizə görüntüləri ilə həm heyrətləndirəcək, həm də çöhrənizdə təbəssüm yaradacaq meyvə-tərəvəzlərdən bir neçəsinin fotosunu təqdim edir. İlk öncə ilan kimi qıvrılıb yatmış xiyardan başlayaq. Yəqin ki, ilandan qorxan insanlar əsla bu tərəvəzi qoparıb yeməyə cürət etməz: Nəyisə bəyəndiyimizdə sözlə ifadə etməklə yanaşı əlimizi yumruq formasına gətirib baş barmağımızı qaldırırıq və bununla da “əla” işarəsi veririk. Sən demə “əla”nı meyvələr də göstərə bilirmiş. İnanmırısınızsa, bu çiyələyə baxın:Yəqin ki, hər birimiz bu almaya bənzər nənələr tanıyırıq. Həmin nənələr kimi elə bu alma da çox şirin görünür:Burun əməliyyatlarının dəb olmadığı vaxtlarda gündə ən azı bir dəfə olsun belə Gargamel burunlu insanlara rast gəlirdiniz. Gargamel burunlu şəkər çuğunduruna isə yəqin ki, heç biriniz rast gəlməmişdiniz: Bazardan alıb evə gətirdiyimiz yerkökülərinin içində ən azı bir dənə olsa belə qəribə görünüşlü yerköküyə  rast gəlirik. Həmin yerköküyə baxdıqca da çöhrəmizə bir təbəssüm hakim kəsilir. Bu yerköküləri alan adam isə yəqin ki, gülmək krizinə girib. Çünki bu yerkökülərin hər biri insan orqanlarına bənzəyir:     Sevgililəri ayırmaq günah olsa da, bu “sarmaş-dolaş olmuş cütlüyü” məcburən ayırmalıyıq. Çünki uzun müddət belə qala bilməyəcəklər zatən:Ördək əti, ayı əti sevirsinizmi? Bəs sevimli ördək və şirin ayı formasında olan kartofları yeməyi necə? Qıyarsınızmı belə “şirin ördək və ayı balarını” yeməyə? Bəs qadın sinəsini xatırladan bu kartofu necə? Son olaraq oxucularımıza böyük bir kartof ürək göndəririk. Bizi izlədiyiniz və yazılarımızı oxuduğunuzü üçün təşəkkür edirik. Digər yazılarımızı da oxumağı unutmayın. Hazırladı: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler