Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Görmüş olduğunuz işler tekce öz adınıza yazılmır, hem de…”

24 Haziran 2016

12:40 pm


24/06/2016 [16:32]: xeber –
Azərbaycan hüquq sistemi, mövcud olan doqquz istintaq orqanı, ələlxüsus prokurorluq heç bir məsuliyyət daşımır: nə hüquqi, nə də mənəvi. Bunlar insan taleyinin üzərində rahat olaraq rəqs edib, bir saatın içində biri digərini təkzib edən nəticələrə gələrək qərarlar qəbul edirlər. Məlumunuz olsun ki, beş gün bundan əvvəl ibtidai istintaqın yekulaşdırılmasıni bizə elan etdilər və 48 saat sonra cinayət işinin materialları ilə tanış ola biləcəyimi bildirdilər. Təqsirləndirilən şəxs olaraq  hüququmdan yararlanıb,  deyilmiş vaxtda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində oldum. Bu dəfə müstəntiq bildirdi ki, “iş məhkəməyə göndərilmir, göstəriş belə oldu… Bir neçə gün gözlə.”  Qeyri-müəyyənliyin fonunda bir qədər təmkinli davranmağa üstünlük verdik. Bu gün isə səhər saatlarında yenidən müstəntiq məni arayaraq, “saat 14-30-da gəl cinayət işinin materialları ilə tanış ol. Fikir yenə dəyişdi, iş gedir məhkəməyə…” söylədi. Mən kifayət qədər ciddi qurum olan Baş Prokurorluğun bunca qeyi-ciddi davranışı üzərində çox dayanmadan onu qeyd edirəm ki, nəhayət, Azərbaycan Respublikası CM-nin 311.3-cü maddəsilə təqsirləndirilməyimə dair cinayət işinin materalları ilə tanış oldum. Deyə bilərəm ki, ibtidai istintaqın ortaya qoyduğu iş sınmaya meylli olmaqla  əsassız, qeyri-obyektiv və saxtadır. Istintaqın gəldiyi nəticələrin reallıqla səsləşmədiyini məhkəmə baxışı zamanı hökmən ortaya qoyacağıq, hələliksə Baş Prokurorluğun ali, orta və aşağı təkibinə lakonik olaraq bunu ifadə edirəm: Sizlərin görmüş olduğunuz işlər təkcə öz adınıza yazılmır, həm də Azərbaycan adına təsbit edilir ki,  bunun da nəticə etibarı ilə beynəlxalq aləmdə gülünc obyektinə çevrilməsi qaçılmaz olur.Rüfət Səfərov, Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler