Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Görkemli alimin Moskvada kitabı neşr edildi – FOTO

22 Eylül 2016

8:40 pm


23/09/2016 [00:39]: xeber –
Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovun Moskvanın “FLİNTA” və “NAUKA” nəşriyyatları tərəfindən kitabı dərc olunub. “Kamilliyə doğru” (“Путь к совершенству”) adlı kitabda ictimai həyatın bir sıra problemlərinin yeni kriteriya tətbiq olunmaqla öyrənilməsinin nəticələri təqdim olunub. Kitabda bəşəriyyət tarixinin inkişafının birinci mərhələsindən ikinciyə keçidin dinamikası, gələcəyə aparan “yolun sonu” təhlil olunur.Qeyd olunan kitab 7-11 sentyabr 2016-cı il tarixdə Moskvada keçirilmiş XIX beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunub. Professor Şahlar Əsgərovun adıçəkilən kitabı “Moskva beynəlxalq kitab sərgi-yarmarkası iştirakçısının “Qızıl” medalına layiq görülüb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler