Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Goranboyun icra başçısının pambıqla bağlı gösterişi Allahın qezebine gelib…

21 Ekim 2016

8:00 pm


21/10/2016 [23:58]: xeber –
Oktyabr ayı üçün gözlənilməz hava şəraiti və məmləkətə az qala qış havasının hakim kəsilməsi ölkə pambıqçılarının əhvalını möhkəm pozub. sayt-ın əməkdaşı ölkənin bir nömrəli pambıqçısı, təkbaşına bu günədək 300 tona yaxın pambıq tədarük edən  Sabirabadlı fermer Əfras Əsgərovdan rayondakı son durumu soruşub. Bəlli olub ki, vəziyyət acınacaqlı olaraq qalır və həm hava şəraiti, həm də sahələrin palçıq olması pambıq yığımına ara verilməsinə səbəb olub və beləliklə insanların ag qızılın göz dağına çevrilməsini müşahidə etməkdən başqa əllərindən bir şey gəlmir…Yeri gəlmişkən, Goranboydan da pambıqla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Bəlli olub ki, yağışlar başlamazdan öncə rayondakı müəllim və həkimləri kilosu 13 qəpikdən pambıq yığmağa məcbur ediblər. “fartuk” götürüb sahələr çıxmayanlarıı hədələyərək işdən çıxarılacaqları barədə xəbərdarlıq ediblər və bu qərarın icra başçısı tərəfindən verildiyini, kimsəyə güzəşt edilməyəcəyini qəti şəkildə bildiriblər. Maraqlıdır ki, müəllim və həkimlər onsuz da məvaciblərinin azlığından şikayətlənərək pambığı könüllü olaraq yığmağa hazır olduqlarını, amma 13 qəpikdən deyil, heç olmasa 25 qəpikdən onlara zəhmət haqqı verilməsini tələb ediblər. Təbii ki, onların bu tələbi fermerlərə və rayon rəhbərliyinə sərf etmədiyindən razılaşma əldə edilməsi mümkün olmayıb. Gələn xəbərlərə görə, indi hamı narahatlıqla havaların yenidən istiləşməsini gözləyirlər ki, onları yenidən zorla pambıq sahələrinə cəlb edəcəklər, ya yox. Hətta rayonda gəzən lətifəyəbənzər söz-söhbətə görə son 50 ildə müşahidə edilməyən anoloqsuz havaların keçməsinin bir səbəbi də icra başçısının atdığı bu addımdır və onun bu qərarı Allahın qəzəbinə gəldiyindən az qala 10 gündür ölkə ərazisində yağmurlu və soyuq hava şəraiti davam edir…Xatırladaq ki, təkcə Goranboyda deyil, az qala bütün pambıqçılıq rayonlarında anoloji vəziyyətin hökm sürməsi və müəllimlərin, həkimlərin pambıq yığımına cəlb edilməsi barədə sosial şəbəkələrdə və mətbuatda silsilə materiallar gedib və bu olay məsxərə predmetinə çevrilib…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler