Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Goranboyda ermeni qebiristanlığında silah-sursat tapılıb

10 Ekim 2016

3:52 pm


10/10/2016 [19:51]: xeber –
Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib. Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun əvvəllər ermənilər yaşayan Ağcakənd kəndində erməni qəbiristanlığında silah-sursatın olması ilə bağlı anonim zəng daxil olub.Bundan sonra hüquq-mühafizə orqanının əməkdaşları əraziyə baxış keçiriblər. Meşəlik ərazidə araşdırma zamanı torpağa basdırılmış müxtəlif növ silah-sursatlar aşkar edilib.Silahların Qarabağ müharibəsi dönəmində əraziyə ermənilər tərəfindən basdırıldığı ehtimal olunur. Ərazidən 2 ədəd avtomat, 1 ədəd naqan, 2 ədəd of tüfəngi, əl qumbarası, avtomat darağı, o cümlədən müxtəlif çaplı güllələr aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.Silahların cinayətlərdə istifadə olunub-olunmadığı araşdırılır.Qeyd edək ki, Xocalı Rayon Polis Şöbəsi tərəfindən aşkar olunan silah-sursat araşdırıldıqdan sonra aidiyyəti orqanlara təhvil veriləcək.( Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler