Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“GMO-ya yox deyek!”

05 Ekim 2016

6:12 pm


05/10/2016 [22:11]: xeber –
sayt xəbər verir
ki, bu gün “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması
tədbirlərinin təşkili” layihəsi çərçivəsində Nəsimi rayonundakı
Texniki-Humanitar Liseydə 
“GMO-ya yox deyək!”şüarı ilə tədbir keçirilib.

Tədbirdə ilk olaraq çıxış
edən Texniki-Humanitar Liseyinin direktoru Səidə Zeynalova təmsil etdiyi təhsil
müəssisənin tarixindən bəhs edərək, onun yenicə təmir olunduğunu və təhsil üçün
gözəl şərait yaradıldığını vurğuladı. S.Zeynalova rəhbərlik etdiyi müəssisənin
məzunlarının göstərdikləri yüksək göstəricilərdən danışdı.

“Müasir İnkişaf” İctimai
Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz
Göyüşlü təşkilatın gördüyü işləri qeyd etdi. O, GMO-nun zərərlərindən və onun
milli təhlükəsizliyimizə təhdid olmasından söz açdı. M.Göyüşlü ictimaiyyəti,
xüsusən də ziyalıları bu problemə qarşı aktiv mübarizəyə səslədi. Layihə çərçivəsində
buklet, kitab nəşr olunduğunu deyən çıxışçı gələcəkdə bu işlərin daha da genişləndirilməli
olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham
Əliyevin bununla bağlı sərəncam imzaladığını da vurğuladı.

Azərbaycan Tibb
Universitetinin dosenti Rəşid Mahmudov cəmiyyətimiz üçün mövcud olan təhlükələrdən
danışdı. O, bu sırada GMO-nun ilk sırada dayandığını, gələcəkdə çox böyük bəlalar
törədəciyini qeyd etdi. R.Mahmudov ciddi fəsadlar törədən yod çatışmazlığından ətraflı
bəhs edərək hər kəsi diqqəti buna yönəltməyə çağırdı. Onun sözlərinə görə hər kəs
bu istiqamətdə birləşməli və çox ciddi çalışmalar ortaya qoymalıdır.

Təhsil Nazirliyinin əməkdaşı
Afət Süleymanova hazırda icra etdikləri “Sağlam təhsil, sağlam millət” layihəsi
haqqında ətraflı bəhs etdi. O, bu layihənin Bakı və Sumqayıt şəhərlərindəki 35
məktəbi əhatə etdiyini açıqladı. A.Süleymanova gələcəkdə hər iki layihəni icra
edənlərin birgə fəaliyyət göstərməsini də təklif etdi.

Azərbaycan Tibb
Universitetinin dosenti Şəhla Balayeva şagirdlərin düzgün qidalanma problemlərindən
söz açdı. O, yanlış qidalanmanın immuniteti, zehni inkişafı zəiflətdiyini qeyd
etdi. Ş.Balayeva fastfood və s. kimi zərərli qidalardan söz açaraq onlardan
istifadənin qəti şəkildə əleyhinə çıxış etdi.

“Cümhuriyyət” qəzetinin
redaktoru Elman Cəfərli medianın bu istiqamətdə görməli olduğu işlərdən söz
açdı. O, bununla bağlı əhalinin maarifləndirilməsinin vacib olduğunu, medianı
bu istiqamətdə aktiv fəaliyyət göstərməli olduğunu dedi.

Təhsil Nazirliyinin
“Sağlam təhsil, sağlam millət” layihəsinin koordinatoru Nigar Şahhüseyinbəyova
şagirdlərin özlərinin əmək dərslərində məktəbin həyətində sağlam qida yetişdirə
biləcəklərini vurğuladı. O, bu praktikanın nəzəriyyədən güclü təsir edə biləcəyini
açıqladı.

Gənc araşdırmaçı Nuran
Gündüzoğlu slaydlı təqdimatla GMO-nun zərərləri, 3D printeri ilə istehsal
olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı bəhs etdi.

Tədbir Liseyin şagirdlərinin
musiqi və rəqs nömrələri ilə başa çatdı.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler