Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gizli vuruşub, gizli ölen ruslar – “Röyter”in araşdırması

04 Kasım 2016

9:52 am


04/11/2016 [13:51]: xeber –
Kreml Suriyaya muzdlu döyüşçülər göndərir, onların ölümü barədə açıqlama verilmir. Bununla da Suriya əməliyyatlarının necə baha başa gəldiyi gizlədilir.  “Röyter” agentliyi Rusiyanın Suriyadakı gizli muzdlu döyüşçüləri haqda araşdırma aparıb. Ölən döyüşçülərin ailəsi və dostları ilə söhbətlərdən məlum olub ki, Rusiya uzun müddətdir bu taktikadan istifadə edir. Muzdlu rus əsgərləri 1991-ci ildən, Sovet İttifaqı dağılandan bəri onun ərazisindəki döyüşlərdə, o cümlədən Ukraynadakı separatçılar tərəfdə də savaşırmış. İndi isə Suriyada təkcə hava əməliyyatları apardığını deyən Rusiya bu ölkədəki quru əməliyyatlarına da əsgərləri qeyri-rəsmi cəlb edir. Suriyada qiyamçılarla döyüşlərdə həlak olmuş iki rus döyüşçüsü – Maksim Kolqanov və Sergey Morozovun ailələri 100 min dollar konpensasiya aldıqlarını açıqlayıb. Adıçəkilən döyüşçülər Hələb şəhəri yaxınlığında, Suriya ordusu ilə birgə terrorçulara qarşı döyüşərkən həlak olublar. Ölümündən sonra hər ikisinin ailəsinə igidliyə görə medal və Prezident Vladimir Putinin imzaladığı sertifikat verilib. Kolqanov və Morozov Suriyada müqavilə əsasında vuruşan və bu ölkəyə gizli göndərilən dəstənin üzvü olublar. Onların ölümü haqda rəsmi açıqlama yayılmayıb, ailələrinə də çox az bilgi verib, məsələni müzakirəyə çıxarmamağı tövsiyə ediblər. Suriyaya göndərilən muzdlu əsgərlərlə Rusiya rəsmi idarələri deyil, özəl şirkətlər müqavilə bağlayır. Ancaq vətənə qayıdanda muzdlu döyüşçülər də digər hərbçilərə verilən müavinətləri alırlar. Onları Suriyaya Rusiya təyyarələri daşıyır, rus bazalarına endirir, yaralananda rus əsgərləri üçün nəzərdə tutulmuş hospitallarda müalicə edirlər. Bu hərbçiləri tanıyanlar onların Rusiya Müdafiə Nazirliyi ilə daimi əlaqədə olduğunu təsdiqləyirlər. Suriyaya göndərilən muzdlu rus döyüşçülərinin sayı haqda bilgi yoxdur. Amma bu rəqəmin 100-dən çox olduğu təxmin edilir. Muzdlu döyüşçülərdən istifadə Rusiya qanunlarına zidd olsa da, Krem bu addımı atmaqdan çəkinmir. 2014-cü ildə Ukraynada separatçılar tərəfdə Moskvanın silahlandırdığı rusların da savaşdığı üzə çıxanda, Moskva həmin ərazidəki rusların döyüşə könüllü getdiyini bildirmişdi. Morozov və Kolqanovu tanıyanlar onların da Ukraynada vuruşduğunu təsdiqləyib. Amma belə döyüşlərdə iştirak edənlərin daha sonra Suriyaya can atdığı da heç kimə sirr deyil. Kreml Suriyaya muzdlu döyüşçü göndərdiyini bacardıqca gizlətməyə çalışır. Məsələn, Kolqanovun ölüm xəbərini ailəsini telefonla çatdırıblar. Harada və nədən öldüyünü deməyiblər. Cəsədini vətəninə, Rostovdakı meyitxanaya göndəriblər. Onun medalını və prezidentin imzaladığı sertifikatı evinə mülki geyimdə olan, tanımadıqları şəxslər gətirib. Kolqanov özü də harada döyüşdüyünü ailəsinə heç vaxt demirmiş. Yalnız ölümündən sonra pasportunu alanda, valideynləri orada Suriya dövlət orqanlarına məxsus möhür görüblər. Bununla belə, Rusiyanın Suriyada itirdiyi, ya da yaralanmış hərbçilərinin real sayı bəlli deyil. Rus hospitallarının birində çalışan, adının gizli saxlanılmasını istəyən həkim “Röyter”ə açıqlamasında təkcə bu il 7 muzdlu döyüşçünü müalicə etdiyini, Rusiyada həmin döyüşçüləri qəbul edən daha iki hospitalın olduğunu deyib.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler