Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Gizli menzillerin satılması yolverilmez ve ağlasığmazdır”

11 Eylül 2016

4:16 pm


11/09/2016 [20:10]: xeber –
Sabiq MTN generallarının
nazirliyin balansında olan və gizli görüş yeri kimi istifadə olunan bəzi mənzilləri
satdığından bəhs etmişik. (http://www.moderator.az/news/151079.html )

Məlum məsələ ilə bağlı
sayt-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham
İsmayıl bunun tamamilə qanunsuz və yolverilməz olduğunu bildirib:

“Gizli görüş yerləri
üçün mənzillər iki cür  olur. Bunlardan
biri vətəndaşlara məxsus olan evlərdir. Yəni mənzil münasibdirsə, o zaman vətəndaşın
orada yaşamasına baxmayaraq, o mənzildən istifadə edirlər. Buna görüş mənzilləri
deyirlər. Bir də gizli mənzillər var. Gizli mənzillər isə nazirliyin blansında
olur. Yəni görüş mənzilləri ilə gizli mənzillər ayrı-ayrı şeylərdir. Gizli mənzillər
dövlətin balansında olur. Bu mənzilləri yalnız nazirin imzası ilə satmaq
mümkündür. Çünki bu mənzilləri nazirliyin balansından çıxarıb satmaq asan məsələ
deyil. Bu mənzillərin hansı adla özləşdirilməsi, bu özəlləşdirilmənin necə həyata
keçiriməsi insana qəribə gəlir və başadüşülən deyil. Lakin onların 11 il ərzində
törətdiyi əməlləri oxuyanda insan başa düşür ki, bunlar nə desəniz edərdilər”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler