Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gizir qiyamçı generalı bele gülleledi – Video

03 Ağustos 2016

8:44 pm


04/08/2016 [00:43]: xeber –
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı Ankarada yerləşən Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının binasını ələ keçirmək üçün öz əsgərləri ilə gələn qiyamçı general Semih Terzinin güllələnməsi anını əks etdirən videogörüntü yayılıb.Qərargah binasında videomüşahidə kameralarının çəkdiyi həmin görüntüləri bu gün NTV telekanalında efirə verilib.Fətullahçı general Semih Terzi xüsusi təyinatlı qüvvələrin 1-ci briqadasının komandiri olub. Onun briqadası Türkiyənin cənub-şərqində PKK-ya qarşı döyüşlərdə iştirak edirdi. General Semih Terzinin döyüş məsuliyyəti zonasına eyni zamanda İraqla sərhəd istiqaməti daxil idi. Həmin gün hərbi çevriliş planı işə düşəndə general Terzi bir qrup əsgəri ilə birlikdə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının qərargahını ələ keçirmək, komandan Zekai Aksakallını neytrallaşdırmaq üçün  Diyarbəkirdən Ankaraya uçub. Lakin general Zekai Aksakallı Semih Terzinin qərargahı ələ keçirmək üçün Ankaraya gəldiyini eşidəndə adyutantı, gizir Ömer Halisdemiri yanına çağırıb və ona qiyamçı generalı güllələməyi əmr edib.General Aksakallı sonradan bildirib ki, o, Öməri yanına çağırıb demişdi: “Ömər, səninlə 20 ilə yaxındır bərabərik. General Semih Terzi vətən xainidir, qiyamçıdır, onu qərargahın binasına girmədən öldür. Bu işin sonunda şəhid olmaq var, haqqını halal elə”.Komandanın bu əmrindən sonra gizir Halisdemir yoldaşları ilə vidalaşıb, qərargahın həyətindəki ağaclıqda gizlənərək Semih Terzinin və əsgərlərinin gəlişini gözləməyə başlayıb. Kadrlardan görünür ki, qiyamçı general əsgərləri ilə birlikdə qərargahın həyətinə daxil olanda ağacların arasında gizlənən Halisdemir qəfildən onların arasına giri və yaxın məsafədən tapança ilə generala atəş açır, onun başından iki güllə vurur. General yıxılır, onu müşaiyət edən qiyamçı zabitlərdən biri qaçmağa çalışan Halisdemirin arxasınca avtomatdan atəş açır və onu öldürür. Gizirə 20-dən çox güllə dəydiyi bildirilir.Bu hadisədən sonra Ömer Halisdemir çevriliş cəhdinin qarşısının alınmasında əsas qəhrəmanlardan birinə çevrilib.Qeyd edək ki, Halisdemirə qiyamçı generalı güllələmək əmri verən diviziya general Zekai Aksakallı Azərbaycanda da olub. Bir il əvvəl onun Naxçıvanda Azərbaycan ordusunun döyüş postlarından birinə qalxaraq düşmən mövqelərini snayper tüfəngi ilə nişan almasını əks etdirən foto yayılmışdı…(Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler