Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Girdimançayın suyunun renginin deyişme sebebleri belli oldu – VİDEO

25 Ağustos 2016

6:04 pm


25/08/2016 [22:03]: xeber –
İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayın suyunun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.Monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib.Mütəxəssislərin rəyinə görə, yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanmasına səbəb olub. Əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq. Qeyd edək ki, bu ayın əvvəllərindən İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdimançayın suyunun rəngi və dadı dəyişib.Bu, yerli əhalidə narahatlıq yaradıb.(Region TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler