Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“GİLAN TEKSTİL”in FÖVQƏLADƏ KADRLARI

18 Ağustos 2016

10:28 am


18/08/2016 [14:24]: xeber –
Bir neçə gün bundan öncə mətbu orqanlarda maraqlı məlumat getmişdi. İddia olunurdu ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının kamufulyaj formaları üçün parçanın toxunması Afrikanın ən yoxsul ölkələrindən Sudanın tekstil fabrikinə birinə sifariş verilib.Mənbə ölkəmizdə “Gilan” Tekstil Parkı kimi nəhəng müəssisə olduğu halda, sifarişin Sudandakı daha zəif fabrikə verilməsinə də aydınlıq gətirmişdi. Bildirildiyinə görə, bunun səbəbi kadr çatışmazlığı ilə bağlıymış.İnformasiyanın nə qədər obyektiv olub-olmadığının cavabını əlaqədar qurumlar verə bilər. Hələ ki, bu barədə hər hansı təfsilatlı və inandırıcı təkzib verilmədiyindən, informasiyanın səhihliyi ehtimalı ciddi nigaranlıq doğurur. Əgər doğrudan da belədirsə, deməli, Azərbaycanın qeyri-neft sektorunun inkişafını prioritet elan etdiyi son illər ərzində çəkilən bütün əziyyətlərin heçə getdiyini söyləmək olar. Ən azı, ona görə ki, adi bir kamfululyaj parçanın toxuna bilməməsi 100 milyon dollardan artıq xərc çəkib, nəinki ölkənin, hətta post-sovet məkanının ən böyük tekstil fabrikini ərsəyə gətirənlərin qarşıya qoyduğu hədəflərin reallaşdıra bimədiklərindən xəbər verir və ümumiyyətlə, bu fabrikin rentabelli olub-olmadığını ağla gətirir.sayt xəbər verir ki,“Hürriyyət” qəzetinin əldə etdiyi məlumatlar da bu ehtimalı təsdiqləyir. Məlumata görə, qurulduğu gündən bəri müəssisədə elə bahalı avadanlıqlar var ki, onları indiyə qədər işlətmək mümkün olmayıb. İllərlə qurulub işləmədən paslamağa tərk edilən bu avadanlıqların qiyməti milyon dollarlarla ölçülür. Həmin avadanlıqların işlək vəziyyətə gətirilməsə, bir müddətdən sonra paslanacağı və iş qabiliyyətini tamamilə itirəcəyi təhlükəsi də istisna edilmir. Xarab olan avadanlıqların yenisiylə əvəz edilməsi fabrikaya çəkilən xərci artıra bilər. Tam gücüylə işləməyən müəssisənin bu xərc yükünün altından qalxması isə asan olmayacaq.Ən acınacaqlı hal budur ki, fabrikin kadr potensialıyla onu arzuolunan işlək vəziyyətə gətirilməsi də mümkün görülmür. Məlumata görə, müəssisənin, demək olar ki, bütün sexləri qeyri-peşəkarlara tapşırılıb. Fabrikin qaymağını yeyənlərin arasında xüsusilə Türkiyə vətəndaşları diqqət cəlb edirlər. Məlumata görə, fabrikanın 1 istehsal müdiri və 2 sahə rəisi türkiyəlidir. Yeganə fərqli xüsusiyyətləri isə elə bu vətəndaşlıqlarıdır. Onların heç birinin ali təhsili olmadığı bildirilir. Hətta ikisi adi orta məktəbi belə qurtarmayıb. Adını düzgün yazmağı bacarmayan bu “mütəxəssis”lər Türkiyədə usta kimi də işə götürülməzdilər. “Gilan Tekstil”də isə onlara mühəndislik vəzifəsi həvalə edilib.Mütəxəssis kimi dəyəri aşağı olan bu “mühəndis”lərin “Gilan Tekstil”dən qazandığı məvacib isə dodaq uçuqladacaq səviyyədədir. Onların ən az maaş alanı hər ay əməkhaqqı cədvəlində 5 min manata qol çəkir. Aralarında 10 min manat alan da var. Türkiyəli diplomsuz “mühəndis”lərə verilənlər bununla da məhdudlaşmır. Bu mübarək şəxslər müftə ev və maşınla da təmin olunublar.Öz ölkəsində kölə vəziyyətində yaşamağa məhkum olunan yerli mühəndislər isə ya işdən atılıb, ya da hər gün Türkiyəli mühəndislər tərəfindən təhqir olunurlar. Fabrikadakı bu şəraitdən zinhara gələn yerli kadrlarımızın bəziləri dözmür, öz ərizələrilə işdən getməyə üstünlük verirlər.Yerli savadlı kölələrin “Gilan Tekstil”dən ayrılması isə sizə asan gəlməsin. Böyüklüyünə və işgörmə qabiliyyətinə görə, təbii inhisarçıya çevrilən fabrikdən ayrılanların başqa yerlərdə iş tapması mümkün deyil. Səbəb isə çox sadədir: ölkədə eyni tipli ikinci fabrika da yoxdur və uzun zaman da olmayacaq. Çünki heç bir iş adamı cəsarət edib “Gilan” Holdinqin inhisara aldığı sahə ilə məşul olan ikinci fabrika aça bilməz. Açsa belə, onun nə zamansa özünü düzəldəcək bu fabrika ilə rəqabət aparması mümkün deyil. “Gilan Tekstil”in tam gücüylə işləyəcəyi təqdirdə nəinki Azərbaycanın, hətta bir neçə başqa ölkənin də bütün tekstil tələbatını ödəyəcək gücdə olduğu bildirilir.Məlumata görə, sözügedən müsəssisənin bir illik istehsal gücü 15 milyon metrdir. Bu böyük toxuma potensialına baxmayaraq, fabrikanın Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının kamufulyaj formaları üçün parçanı toxuya bilməməsi ciddi problemdən xəbər verir. Dəqiqləşdirdiyimiz məlumata əsasən, Sudandakı bir fabrikaya sifariş edilən bu parçanın uzunluğu sadəcə 50 min metr olub. Bu uzunluqda parçanı toxumaq və rəngləmək üçün isə “Gilan”a sadəcə 2 gün kifayət edərdi.Kadr çatışmazlığı ucbatından 2 günlük işini yerinə yetirməyən fabrikin bu qabiliyyətsizliyi isə, deyəsən, təkcə bir sifarişi itirməklə də kifayətlənməyəcək. Fabrika sahibləri kadr problemini vaxtında həll edə bilməsələr, bu itki dəfələrlə artacaq.Mütəxəssislərin bildirdiyinə görə, kamufulyaj tipli parçalar bütün hərbi strukturlarımıza lazımdır. Hərbi strukturların bu ehtiyacı milyonlarla metrlə ölçülür.Adi riyzai hesablamalar da bu ehtimalı təsdiqləyir. Gəlin, hesablamalara nəzər salaq: Dəqiq məlumat olmasa da, Azərbaycan ordusunda 120 min civarında əsgər olduğu bildirilir. Yenə dəqiq olmayan məlumata görə, Azərbaycanda hər 100 min adama 456 polis əməkdaşı düşür. Əhalimizin 9 milyon nəfər olduğunu nəzərə alsaq, bu, hardasa, 20 min polis deməkdir. Xüsusi xidmət orqanlarında, Fövqəladə Hallar Nazirliyinin strukturlarında, Gömrükdə və digər sahələrdə nə qədər əməkdaşın mövcudluğu isə bilinmir. Bilinən isə bir şey var: bütün bu orqan əməkdaşlarının hər biri üçün ildə heç olmasa 2 – biri yay, digəri qış paltarı lazımdır. Bütün digər güc strukturalarının əməkdaşlarının ordudakı əsgər sayına bərabər olduğunu nəzərə alsaq, bu, toplam 250 min nəfərin geyim ehtiyacı deməkdir. Üstəlik, SOCAR və digər dövlət müəssisələrində işləyənlərin iş geyimlərini də hesaba qatsaq, rəqəm daha da böyüyər.Biz yenə də 250 mindən götürək. Hər işçinin 2 xidməti paltarını (bir qış, bir yay) nəzərə alsaq, bu, bir ildə 500 min geyim deməkdir. Məlumata görə, hər geyim üçün 4 metr parça tələb olunur. Bu isə 2 milyon metr parça deməkdir. Yəni ildə 15 milyon istehsal gücü olan müsəssisənin hardasa 2 aylıq işi.Verilən məlumata görə, adi kamufulyaj parçası istehsal edə bilməyən “Gilan Tekstil” hətta bu potensialı belə əlindən qaçırır. Sonra oturub-durub qeyri-neft sektorunun inkişafından danışırıq.Hurriyyet.org 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler