Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Gilan Holding” Əmek ve Əhalinin Sosial Müdafiesi Nazirliyi ile birge telim keçirib

13 Ekim 2016

9:40 am


13/10/2016 [13:39]: xeber –
Oktyabr ayının 10, 11 və 12 tarixlərində “Badamdar Hotel Baku”da “Gilan Holding” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi Sistemi” mövzusunda təlim keçirilib.Təlimdə “Gilan Holding”in müəssisələrinin 70 nəfərdən çox İnsan Resursları mütəxəssisləri, rəhbər heyəti iştirak edib. Əmək Siyasəti Şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov və Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Azər İsmayılov təlimçi qismində iştirak edərək, Əmək Qanunvericiliyi barəsində dəyərli təcrübələrini bölüşüb, Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar barəsində ətraflı məlumatlar veriblər. İnteraktiv, sual-cavab üslubunda keçən təlimin əsas məqsədi  mütəxəssislərin bu sahədə olan biliklərin daha da artırılmasına, qanunvericiliklə bağlı daha müfəssəl məlumatların əldə edilməsinə nail olmaq və iş zamanı bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması olub. Yüksək peşəkarlıqla təşkil olunmuş Əmək Qanunvericiliyi Təlimi mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb, bu mövzu ətrafında geniş müzakirələr aparılıb. “Gilan Holding” insan resursları departamentinin direktoru Allahverdi Bağırov şirkət daxilində belə tədbirlərin davamlı təşkil olunacağını, bu təlimlərin, seminarların əməkdaşlarımızın peşəkarlığına və karyerasının inkişafına töhfə verəcəyindən əmin olduğunu bildirib. Sonda təbdir təşkilatçıları və nazirliyin əməkdaşları ilə birgə xatirə fotosu çəkilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler