Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Get, bir de buralara qayıtma, lap men ölsem de gelme…”

16 Ekim 2016

7:52 pm


16/10/2016 [23:51]: xeber –
Əvvəllər Rusiyaya “sezona” gedərdilər, ordan yaxşı pul qazanıb gələnlər də olurdu, suyu süzülə-süzülə əliboş qayıdanlar da. Çox nadir hallarda “flankəs evlənib Urusetdə qaldi” xəbərləri də çıxırdı. Amma bütün hallarda adamlar el-obasına, torpağına, ev-eşiyinə bağlı idi.Adamlar hara getsələr, yenə ata ocağına dönürdülər. Yer-yurdunu tərk edib başqa yerə köç edənlər, Vətəndən üz döndərib ayrı məmləkətlərə üz tutanlar barmaqla sayılardı, zatən getməyə yer də yox idi. Hər yerdə sovetlərin qırmızı bayrağı dalğalanırdı. Tikanlı məftillərin əhatə etdiyi sərhədlərdən kənara çıxmaq adamlara hələm-hələm qismət olan xoşbəxtlik deyildi. Xaricdə hər hansı soydaşımıza rast gəlmək fövqəladə hadisə sayılırdı. Sonralar xaricdə Azərbaycan mühacirətinin və diaspora hərəkatının zəifliyini bu arqumentlə əsaslandırırdılar ki,  azərbaycanlılar doğulduqları torpağa bağlı olduqları üçün xaricə köçməyə meylli deyillər. Doğrudanmı belədir? Gerçəkdənmi adamları buralarda saxlayan “yurdum, yuvam məskənimsən” deyib vəsf etdiyimiz Azərbaycan sevgisidir?  Yoxsa başqa xəyallar kimi bu sevgini də daşlara çırpan səbəblər çoxalmış, adamların içində yaxın-uzaq məmləkətlərə üz tutmaq istəyini gücləndirmişdir…*  *  *Bunu çox adam görür və bilir ki, son illərdə ölkəni tərk edənlərin sayı artır.  Statistikanın bunu necə əks etdirdiyini bilmirəm, amma görünən budur ki, hərə bir yolla, müxtəlif bəhanə və üsulla xaricə üz tutur. Təkcə imkansızlar yox, babat dolanışıq axtaranlar yox, həm də imkanlı adamlar xarici səfirliklərin qapısını döyür. Vətəndən köçüb getmiş pullu azərbaycanlılar indi təkcə yaxın Tbilisidə, Kiyevdə, Lvovda, Riqada, İstanbulda, İzmirdə deyil, uzaq Berlində, Praqada, Vyanada, Londonda, Parisdə və okeanın o tayında da obyektlər açır, iri layihələrə kapital yatırırlar.Bəzən məclislərdə gənclərin hüquqşünas dostlarıma “müəllim, xaricə getmək üçün nə etmək lazımdır, səfirliklər bizə kömək edə bilərmi” kimi suallar verdiyini eşidirəm. Düzü, mühacirət istəyini birbaşa ifadə edən belə suallardan çox məyus oluram. O gənclər böyüklərin Vətən sevgisi və burda qalmağın vacibliyi haqqında dediklərinə bir az istehza ilə baxırlar. Onların gözlərindəki ümid parıltıları, sözlərindəki məntiq və qətiyyət ətrafdakılara nüfuzlu adamların arqumentlərindən daha güclü görünür. Məlum olur ki, artıq ölkədən getməyə daxilən qərarlı olan bu gənclər bir az da xaricdəki dost, tanış və ya qohumlarının yaratdıqları illüziyaların təsiri altındadır. Amma verdikləri suallara cavab tapmaq da asan deyil ha!Xarici ölkələrə üz tutan insanları qınamıram. Dindirsən, hərə yüz gerçək səbəb göstərəcək, ictimai-sosial səbəblərdən tutmuş məişət problemlərinədək çox şeyi sadalayacaq. Yəni kimisi işsizlikdən və dolanışığın olmamasından, kimisi ədalətsizlikdən, kimisi sabaha inamsızlıqdan, kimisi hansısa məmurun özbaşınalığından, kimisə uşaqlarının gələcəyi üçün narahatlıqdan, kimisə də özünü ifadə etməyin mümkünsüzlüyündən şikayətlənəcək. Təbii ki, çoxumuz yaşadığımız bu cəmiyyətdə həyatın çətinliklərini görür, hərdən dözülməz situasiyalara düşür, ədalətsizliklərlə də üzləşir, bəzən sarsılır və ümidsizləşirik. Belədə çoxları qəlbən sınır, gücü öz hisslərini buxovlamağa çatır, özünə qapılır, mühacirəti öz içində qurduğu o soyuq və sükunət dünyasında səssiz-səmirsiz yaşayır. Təbii ki, hamı belə deyil, adamlar da var ki, düşdüyü vəziyyətlə barışmır, məşəqqətləri qəbul etmir, müqavimət göstərməyə çalışır, çıxış yolu tapa bilməyəndə isə xaricə üz tutur. Hər halda heç kim öz Vətənini ağ günündən tərk etmir…*  *  *Bu yerdə Amerika filmlərindən məşhur bir epizod yadıma düşür. Qara dərili fermer hərbçi olmaq istəyən oğlunu şəhərə oxumağa yola salanda belə öyüd-nəsihət verir: “get, amma neyniyirsən elə, bir də buralara qayıtma, lap mən ölsəm də, gəlmə, buralara ayaq basma”.Kinodakı zənci qardaş fermadakı işin-gücün ağırlığından, fiziki əzablardan narazı idi, bizim gedənlər isə həm də mənəvi sıxıntılardan şıkayətçidir…Qulu Məhərrəmli, teletənqidçi, filologiya elmləri doktoru, professor


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler