Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gennadi Axramoviç: “Naxçıvanda istehsal olunan mehsulların Belarusa ixrac olunmasında maraqlıyıq”

13 Ekim 2016
8:20 am


13/10/2016 [12:16]: xeber –
“Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik. Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq”. Bu sözləri Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvana səfəri zamanı “Şərq qapısı” qəzetinə müsahibəsində deyib. Muxtar respublikaya səfərindən məmnun qaldığını bildirən səfir Naxçıvanın bir sıra sahələr üzrə qazandığı nailiyyətlərin nümunə gücündə olduğunu xüsusi vurğulayıb, muxtar respublikanın əldə etdiyi qabaqcıl təcrübənin Belarus Respublikasında da tətbiq edilməsinin əhəmiyyətini qeyd edib. Gennadi Axramoviç deyib:– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bir ildən çoxdur, Azərbaycan Respublikasında fəaliyyət göstərirəm. Belarus Respublikasının yaxın dostu olan Azərbaycanın qədim diyarına səfər etməyi çox arzulayırdım. Mən bilirəm ki, Naxçıvan Muxtar Respublikası həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyardır, eyni zamanda Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edən bölgədir. Ona görə bu unikal diyara səfər etmək mənim üçün çox xoşdur.Naxçıvan şəhərinin küçələrindəki təmizlik və səliqə-sahman, insanların çox qonaqpərvər və gülərüz olması mənə öz doğma vətənim Belarusu xatırlatdı. Naxçıvanlılar şəhərdə tarixiliklə müasirliyin möhtəşəm kompozisiyasını yaratmaları, tarixi abidələri, milli dəyərləri ən yüksək səviyyədə qorumaları və bütün bu sahələrdə böyük uğurlar əldə etmələri ilə fəxr edə bilərlər.Mənim muxtar respublikaya səfər proqramımın sıx olmasına baxmayaraq, bir sıra tarixi-mədəni abidələrlə də tanış oldum. Heyrətamiz idi. Naxçıvanın iqtisadi potensialı ilə tanışlığım zamanı məlumat verildi ki, insanların gərgin əməyi, məqsədyönlü fəaliyyəti və aparılan düzgün iqtisadi siyasət nəticəsində muxtar respublika özünü ərzaq məhsulları ilə tam təmin edir. Naxçıvanın bu nailiyyəti də insanı heyrətləndirir. Muxtar respublikanın əldə etdiyi bu böyük təcrübə bir sıra ölkələrə nümunə təşkil edir. Bu təcrübənin Belarusun bölgələrində də tətbiq olunması əhəmiyyət kəsb edir.Muxtar respublikanın ali təhsil ocaqları ilə də tanış olduğunu bildirən səfir deyib ki, universitetlərdə tələbələrin hazırlıqlı kadr kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Hər şey mükəmməldir. Buna görə də yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə Belarus Respublikasının ali təhsil ocaqları arasında sıx əlaqələrin qurulmasının vacib olduğunu düşünürəm.Biz istəyirik ki, bütün sahələrdə əməkdaşlıq edək. Görüşlər zamanı Belarus Respublikasının qəhrəman Brest şəhəri ilə Naxçıvan şəhəri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr apardıq. 2012-ci ildə Naxçıvan və Brest şəhərləri arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında saziş imzalanıb, bu iki şəhər qardaş şəhərlər elan olunub. Biz istəyirik ki, bu əməkdaşlıq yeni məcrada dinamik şəkildə inkişaf etsin. Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik.Naxçıvanın tikinti materialları istehsal edən müəssisələrində də olduq. Xüsusilə daş məhsullarının yüksək səviyyədə emal edilməsi, məhsulların çeşidliliyi və onların keyfiyyəti diqqətəlayiqdir. Qeyd edim ki, bizim bu məhsullara çox ehtiyacımız var. Çünki bu gün Belarusda tikinti işləri geniş vüsət alıb, bir sıra obyektlər inşa olunur. Biz istərdik ki, Naxçıvanın daş məhsullarından həmin obyektlərin tikintisində istifadə edək. Bir sözlə, Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq.Biz Duzdağ Fizioterapiya Mərkəzində də olduq. Oradakı duz tuneli və duz qayalarına təəccüblə baxdıq. Burada müxtəlif ağciyər xəstəliklərinin müalicə olunduğunu öyrəndik. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasında səhiyyə turizmi sahəsində əlaqələrin genişləndirilməsini vacib hesab edirəm. Bu əlaqələrin çox böyük perspektivi olacağını düşünürəm.Bizim əməkdaşlıq sahəsində başqa planlarımız da var. Lakin onların həyata keçməsi üçün bundan sonra görüşlərin davam etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələrin aparılması vacibdir. Önümüzdəki aylarda bu istiqamətdə konkret addımlar atacağıq.Əsas odur ki, əlaqələrin inkişaf etdirilməsi məsələsində hər iki tərəf həmfikirdir Bu mənada, mən muxtar respublikaya səfərimdən çox razıyam. Səfərim gözlədiyimdən də yaxşı nəticə verdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler