Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

General olmaq isteyen dünya çempionuna ağır zerbe…

11 Ağustos 2016

6:52 pm


11/08/2016 [22:50]: xeber –
Elnur Məmmədliyə məxsus olan “Nömrə 1” supermarketinin daha bir mağazası bağlandı Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə məxsus olan “Nömrə 1” supermarketinin Xətai rayonu, Həzi Aslanov küçəsindəki mağazası da bağlandı. Daxili İşlər Nazirliyinin əməkdaşı və Cüdo Federasiyasında vitse-prezidenti vəzifəsində çalışan E.Məmmədli bu biznesə başladığını özü demişdi. Ümumilikdə 500 işçiyə maaş verdiyini bildirən məmur-sahibkar eyni zamanda ən böyük arzusunun general rütbəsinə yüksəlmək olduğunu söyləımişdi. Manatın devalvasıyasından sonra alış-verişin zəiflədiyini əsas gətirən mağaza rəhbərliyi sözügedən ünvanda ikinci mərtəbədəki malları boşaldıb, birinciyə yerləşdirmək məcburiyyətində qalmışdı. Bununla belə ticarətin əvvəlkilərdən zəif getdiyi vizual olaraq da görünürdü. Qeyd edək ki, bu şəbəkənin paytaxtın müxtəlif yerlərində 6 mağazası vardı. Bir müddət əvvəl adıçəkilən şəbəkənin Tbilisi prospektindəki ən iri mağazasını da bağlamışdılar. Eyni zamanda şəbəkəyə daxil olan bütün filialların qapadılacağı bildirilib. Xatırladaq ki, ikinci devlvasiyadan sonra Bakıdakı supermarket sahibləri Vergilər Naziri Fazil Məmmədova müraciət yazıb, ticarətin azaldığı səbəbindən əlavə dəyər vergisindən (ƏDV) azad olunmalarını xahiş etmişdilər. Bunların içərisində “Nömrə 1” supermarketi də vardı. Lakin, nazirlik supermarketlərə güzəşt etmədi, əksinə onlarda xronometraj ölçmələr apararaq, gəlirlərinin qələmə verdiklərindən on dəfələrlə yüksək olduğunu aşkarlayıb. Vergi əməkdaşları ortaya çıxarıblar ki, bu supermarketlərdə malların qiymətlərində azalma yoxdur. Vergi orqanalarının apardığı ciddi yoxlamalar nəticəsində onlar 2014-cü ilə nisbətən 2015-ci ildə bir qədər artıq vergi ödəyib. Bu ilin əvvəlində aparılan xronometraj müşahidələr zamanı isə bu obyetklərin dövriyyəni gizlətdiyinin şahidi olublar. Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, hətta dövriyyəsini 40 dəfə gizlədən supermarketlər var. Amma nəyə görəsə barələrində hər hansı hüquqi tədbir görülmədi.(Bizimyol.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler