Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Gencliyin Sevgisi Serhedsizdir” adlı qan verme  aksiyası keçirildi

12 Ağustos 2016

10:16 am


12/08/2016 [14:14]: xeber –

12 avqust – Beynəlxalq Gənclər
günündə  Gənclər üçün Təhsil Mərkəzi, Qan
Donorları Assosasiyası və Mərkəzi Qan Bankı “Gəncliyin Sevgisi Sərhədsizdir”
adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə gənclər arasında qanvermə
aksiyası həyata keçirib.

Qan Donorları Assosasiyasının mətbuat
katibi Fuad Rəsulun verdiyi məlumata görə, aksiyanı giriş sözü ilə açan
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib
ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış
eləməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd
tanımadığına əyani sübutdur..

Onun sözlərinə görə, bu gün öz qanını nəinki  həmvətənləri ilə bölüşməyə hazır olan gənclik
sabah bəşəriyyət uğrunda istənilən fədakarlığa imza atacaq: “Çünki onların
gözlərindəki insan sevgisi hər şeydən alidir”.

Sonra Qan Donorları Assosasiyasının rəhbəri
Fuad Əsgərov bildirib ki, bu əlamətdar günün
qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram
nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti
vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilib ki, hazırda
bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki,
ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. 

Qeyd edək ki, qanvermə aksiyasının
keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı
xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən
aradan qaldırılmasıdır. Qanvermə aksiyası həmçinin region gənclərinin sağlamlıq
məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində
maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin
formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq
imkanları yaratmağı nəzərdə tutub.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler