Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Gencliyimizde adamlar bizi iki xoşbext refiqe kimi tanıyırdılar…”

28 Temmuz 2016

5:48 pm


28/07/2016 [21:44]: xeber –
sayt – ın əməkdaşı “Qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizə Pərvinin (adı şərtidir) həyat hekayəsini təqdim edirik:“Məni anamın əmisi oğluna nişanladılar…”Məktəbi bitirib ailə məktəbə qəbul olmaq üçün imtahan verdim. İmtahan nəticələrindən sonra məlum oldu ki, rayonumuzdakı müəllimlər inistutuna qəbul olunmuşam. İxtisasım isə ibtidai müəlliməlik idi. Dörd il inistutda oxudum və axırıncı kursda məni bir neçə ildir ki, istəyən anamın əmisi oğluna nişanladılar.“Mən nişanlanandan sonra…”Onu da deyim ki, bu illər ərzində çox yaxın rəfiqəm, həm sinif yoldaşım, həm də qonşum olan Aygünlə həmişə bir yerdə olurduq. Kəndin toylarına da cüt geyinib gedirdik. Həm onu, həm də məni bir neçə yerdən istəyən var idi. Mən nişanlanandan sonra, Aygün də qonşu kəntdən olan oğlana qoşulub qaçdı.“Qaynanam da məni incidirdi…”Anamın əmisi oğlu dediyinə məni çox sevirdi. İnistutu bitirəndən sonra toyumuz oldu və mən gəlin köçdüm. Üç il bir yerdə yaşadıq, amma bu illər ərzində çox dava – dalaşımız olurdu. Çünki, günahın onda olduğunu desəm, inanmayacaqsınız. Həqiqətən çox pis xahsiyyəti var idi. Heç yola gedə bilmirdik. Həyat yoldaşım evin kiçik oğlu olduğu üçün atasıgillə yaşayırdıq. Qaynanam da məni incidirdi. Artıq yaş yarımlıq bir oğlumuz var idi.“Cehizimi gətirməyə gedəndə gördüm ki…”İş o yerə çatdı ki, valideynlərimin danışığından sonra biz boşanıq. Bir uşaqla ata evimizə qayıtdım. Cehizimi gətirməyə gedəndə gördüm ki, oğlan qəsdən paltarlarımı, mebellərimi yararsız hala salıb. Sonra məktəbə müəllimə düzəldim və indi bir neçə ildir ki, məktəbdə müəlliməlik edərək övladıma baxıram. Biz boşanandan sonra həyat yoldaşımın əlində ov tüfəngi partladı və mərmi sağ dirsəyini parçaladı. Demirəm mənə görə olub, Allahın işidi. Amma, o mənə qarşı çox haqsızlıq elədi. İndi ailəlidi. Anası tez ona öz adamlarından bir qız tapıb evləndirdi.“Hər ikimiz bədbəxt olduq…”Sizə Aygündən deyib. O, da yazıq mənim kimi bədbəxt oldu. Onun da iki uşağı var. Həyat yoldaşı rayonda faciəvi şəkildə avtomobil qəzasına düşdü. Bir sözlə nə mənim, nə də Aygünün bəxti gətirmədi. Hər ikimiz bədbəxt olduq. Hansı ki, gəncliyimizdə adamlar bizi iki xoşbəxt rəfiqə kimi tanıyırdılar.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler