Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede “Yoqa heftesi” çerçivesinde tedbir teşkil edilib

23 Haziran 2016

1:28 pm


23/06/2016 [17:24]: xeber –
“Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə dəfə olaraq Gəncə şəhərində Yoqa təlimləri keçirilib.“Art of Living”in rəhbəri Kənan Məmmədov tədbirdə çıxışı zamanı bildirib ki, hind fəlsəfəsindən gələn inanca görə yoqa sağlamlığın və idarəetmənin açarıdır. Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etimoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Hindistandan başlanğıcını götürmüş yoqa praktikası 2014-cü ilin dekabrında BMT Baş Assambleyasında 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsi ilə qeyd olunmağa başlayıb.Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Gəncə şəhərində ilk dəfə belə bir həftənin keçirilməsini müsbət qiymətləndirib. O, bildirib ki, yeni başlayan və müntəzəm yoqa ilə məşğul olan şəxslər bu sessiyalara qoşula bilər. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov isə “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində şəhərdə keçirilən tədbirlərdən danışıb. Gəncədə İlk dəfə olaraq keçirilən təlimin iştirakçılarına uğurlar arzulayıb.Çıxışlardan sonra yoqanın sirləri və faydaları gənclərə açıqlanıb. Təlimə start verilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler