Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede qızını yandıran ana qaçıb – YENİLƏNİB

11 Eylül 2016

2:08 pm


11/09/2016 [18:06]: xeber –
Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb. APA-nın qərb bürosunun məlumatına görə, evdən  pul götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuli qızının üzərinə benzin tökərək onu yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir. V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib. Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır. Xatırladaq ki, 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib.  ***Gəncədə ana qızının üzərinə benzin tökərək onu yandırıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib. Məlumata görə, ana qızının üzərinə benzin tökərək onu yandırıb. Səbəb isə uşağın evdən pul götürməsi  olub. Qadının ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler