Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede ölen xestenin qohumları tibb bacılarını döydüler – YENİLƏNİB

16 Eylül 2016

5:40 pm


16/09/2016 [21:39]: xeber –
Gəncədə dağıntılar altında qalan qızların qohumları iki tibb bacısını döyüblər.Bu gün Gəncədə uçmuş divar altında qalan iki bacını xəstəxanaya aparan zaman onların qohumları tibb bacılarını xəstələrə vaxtında yardım göstərməməkdə ittiham edərək səhiyyə işçilərinə xəsarət yetiriblər.Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.(apa)***Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı döyülüb.Naməlum şəxslər qohumlarının ölümünə etiraz olaraq xəstəxananın tibb bacısına hücum çəkərək ona xəsarətlər yetiriblər.Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.Qeyd edək ki, bu gün Gəncə şəhərinin “Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. (Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler