Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede konfrans keçirilib – Fotolar

18 Temmuz 2016

12:56 pm


18/07/2016 [16:54]: xeber –
Gəncədə “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda konfrans keçirilib.Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən təşkil olunub. Konfransı giriş sözü ilə açan BMAM-ın sədri Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Yeni Hədəflərə Doğru” Vətəndaş Həmrəyliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb.Rufiz Qonaqov bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir.Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa Facebook sosial şəbəkəsində “İnkişaf Qrupu”, eləcə də, “Ağ Yol” qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir.”Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda keçirilən konfransa Fəxri Yusibov və Ziyafət Byramova mövzu ətrafında müzakirələrdə aktivlik nümayiş etdiriblər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler