Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede “Heyder Əliyev ve Gömrüyün İnkişafı” mövzusunda görüş keçirilib

22 Haziran 2016

2:12 pm


22/06/2016 [18:10]: xeber –
“Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə keçirilən görüşdə Gəncədə fəaliyyət göstərən, ali təhsil müəssisələrində təhsil alan gənclər iştirak edib. Tədbirə başlamazdan öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünüə gül dəstələri qoyulub.Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev görüşdə giriş nitqi ilə çıxış edərək Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açıb.Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev məruzəsində bildirib ki, bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti Ümummilli Liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı.Komitə sədri vurgulayıb ki, qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edildi, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu. Gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri quruldu. Aydın Əliyev Ümummilli Liderin Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdəki tarixi nitqinə də toxunaraq bildirdi ki, həmin çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirdi.Ulu öndərin uzaqgörən siyasətinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən A.Əliyev bu gün də gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.Aydın Əliyev Azərbaycan gömrüyünün bugünkü inkişafı haqqında da gəncləri məlumatlandırıb. Rəhbərlik etdiyi qurumdakı böş vakansiyalar və işə qəbul qaydaları ilə gəncləri tanış edib.Sonda komitə sədri gəncləri maraqlandıran suallara aydınlıq gətirib. Tədbir diskussiya şəklində davam edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler