Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede ‘Gencler Siyasetinde Feal İştirakçılıq’ adlı Beynelxalq Gencler Forumu keçirilir

05 Temmuz 2016

12:16 pm


05/07/2016 [16:15]: xeber –
Forum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və icraçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunub.Öz işini beş gün davam etdirəcək forumda ADTGT-nın sədri Asif Əsgərli, Gəncə şəhər İcra Hakimyyəti başçısının birinci müavini Elnur Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev, Rumuniya və Gürcüstan Respublikalarının Azərbaycandakı səfirləri 13 Avropa ölkəsinin fəal gəncləri, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı”nın könüllüləri, QHT rəhbərləri və hökumət rəsmiləri iştirak ediblər.Giriş sözlə çıxış edən Asif Əsgərli iştirakçıları salamlayaraq foruma dəstək olan hər kəsə təşəkkür edib. Asif Əsgərli bildirib ki, Beynəlxalq Gənclər Forumunun işində 26 əcnəbi gənc lider iştirak edir. Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə-informasiya mübadiləsi şəbəkəsinin qurulması, Gəncə Bəyannaməsinin qəbulu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxil edilib.Gəncə şəhər İcra Hakimyyəti başçısının birinci müavini Elnur Rzayev forum iştirakçılarını salamlayaraq onları Nizami yurdunda görməkdən məmnun olduğunu bildirib. Elnur Rzayev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyunan gənclər siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi haqqında iştirakçılara ətraflı məlumat verən Elnur Rzayev xüsusi vurğulayıb ki, layihə çərçivəsində çox saylı yerli və beynəlxalq tədbirlər həyata keçirilir.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vusal Quliyev Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurların, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələrin, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübərin son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verdiyini bildirib. Vüsal Quliyev “Gənclər Siyasətində Fəal İştirakçılıq” adlı beynəlxalq gənclər forumunun iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli və yaddaqalan olacağına inandığını deyib.  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçıları salamlayaraq, Gənclər Fondu haqqında geniş məlumat verib. Dəstək olduqları layihələrdən danışan Fərhad Hacıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin gördüyü işlər nəticəsində indi Azərbaycanda gənclər daha da inkişaf edir. Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsinin təsadüfi olmadığını bildirən Fərhad Hacıyev xüsusi vurğulayıb ki, Gəncədə digər şəhərlərə nisbətən bu il təbliğat üçün daha çox imkanlar var və bundan kifayət qədər bəhrələnilir.Rumuniyanın Azərbaycandakı Səfiri Daniel Kristian Azərbaycanla Rumuniya arasındakı dostluq münasibətlərindən danışıb. Daniel Kristian bildirib ki, Rumuniya Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlkətdir. Gəncədə baş verən dəyişiklilərin göz oxşadığını bildirən Səfir xüsusi qeyd edib ki, bütün bunlar ölkədə baş verən inkişafın nəticəsidir.Daha sonra əcnəbi iştirakçılar forum haqqında öz fikirlərini bildiriblər.Açılış mərasimindən sonra qonaqlar şəhərin tarixi-mədəni abidələri, gəzməli-görməli yerləri ilə tanış olublar.Qeyd edək ki, Forum iyunun 9-u tarixinədək panellərlə davam edəcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler