Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede emeliyyatda dünyasını deyişen qızın ölüm anı – Video

23 Ağustos 2016

1:44 pm


23/08/2016 [17:44]: xeber –
Gəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.Tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir. Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.Xatırladaq ki, Gəncə şəhər sakini, 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler