Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencede “Avropa Gencler Festivalı” adlı beynelxalq tedbir baş tutacaq

09 Temmuz 2016

6:00 pm


09/07/2016 [21:57]: xeber –
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin rəhbəri Elmir Vəliyev bildirib ki, 24 Fevral 2016-cı ildə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən AGP ilə bağlı imzalanmış Sərəncam Gəncədə həyata keçiriləcək layihələrin sayını daha da artırmış oldu.Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən 8-ci qrant müsabiqəsində 100-dən artıq yerli və beynəlxalq layihənin maliyyələşdirilməsi qərarı verildi, bundan başqa 9 Nazirlik və 2 Komitəyə Gəncə şəhərində gənclərlə bağlı layihələrin həyata keçirilməsi tapşırıldı. Bu addım Gəncə şəhərini digər Avropa Gənclər Paytaxtlarından fərqləndirdi və layihənin təsisçisi olan Avropa Gənclər Forumu tərəfindən çox yüksək qiymətləndirildi.Elmir Vəliyev tədbirlərlə bağlı bunları bildirdi:”Hal-hazırda böyük həcmdə tədbirlərlə bərabər müxtəlif yerli və beynəlxalq layihələrin (forum, düşərgə, təlim, konfrans və s.) icrası Qeyri-Hökumət, Gənclər Təşkilatları tərəfindən ardıcıl şəkildə həyata keçirilir. Belə ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə şəhəri Hacıkənd qəsəbəsində 16-24 İyul 2016-cı il tarixlərində “Wonderland Azərbaycan” Beynəlxalq Skaut Düşərgəsinin təşkil edilməsi planlaşdırılır. Bu düşərgədə 10 ölkədən 450 nəfər (200 nəfər xarici və 250 nəfər yerli) yeniyetmə və gəncin iştirakı gözlənilir. Bunun ardınca Gəncə şəhərində avqust ayının sonlarında 150 nəfər Avropanın müxtəlif ölkələrini təmsil edən gənclərinin iştirakı ilə Avropa Gənclər Parlamenti baş tutacaq.01-05 Oktyabr 2016-cı il tarixdə Gəncə şəhərində “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbir keçiriləcək. Burada dövlət rəsmiləri ilə bərabər Avropa Gənclər Forumunun prezidenti və baş katibinin iştirakı, o cümlədən Avropanın aparıcı təşkilatlarının rəhbərləri iştirak edəcək. Festival həm əyləncəli, həm də məlumatlandırıcı xarakter daşıyır.Bunun ardınca 27-30 Oktyabr 2016-cı il tarixində Avropada tanınmış mükafat hesab edilən “Avropa Gənclər Mükafatı”nın təqdimatı nəzərdə tutulub. Mükafat Avropa məkanında İKT sahəsində uğur əldə etmiş gənclərə təqdim olunacaq”.Qeyd edək ki, layihə müddətində ümumilikdə 3500-4000 nəfər Avropalı gəncin Gəncəyə səfəri və bu layihələrdə iştirakı nəzərdə tutulub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler