Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gence şeheri Dünya Kitab Paytaxtı elan edile biler

15 Temmuz 2016

6:44 am


15/07/2016 [10:40]: xeber –
YUNESKO-nun qərarı ilə Azərbaycanın böyük və qədim şəhərlərindən olan Gəncənin Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, bununla bağlı sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi ilə birgə hazırlanaraq YUNESKO-ya təqdim edilib.YUNESKO Baş Konfransının 2001-ci il noyabrın 2-də qəbul etdiyi qətnaməyə əsasən, hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur.Ümumiyyətlə, Dünya Kitab Paytaxtı konsepsiyası YUNESKO-nun qərarı ilə 1996-cı ildə elan olunub və Dünya Kitab və Müəllif Hüququ gününə əsaslanır. Kitab sənayesinin üç əsas sahəsini təmsil edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və YUNESKO-nun nümayəndələrindən ibarət komitə yaradılmışdır ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler