Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gence ile Kutaisi arasındakı emekdaşlığa yeni nefes verilib

04 Temmuz 2016

8:56 am


04/07/2016 [12:55]: xeber –
Qardaşlaşan hər iki şəhər arasında əlaqələrin yeni müstəviyə qaldırılması Gəncədən olan nümayəndə heyətinin Gürcüstanda keçirdiyi görüşlərin əsasını təşkil edib. İmzalanan memorandum isə bu məqsədə çatmaq üçün tərəflərin qərarlı olduqlarını rəsmiləşdirib.Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov daxil olub. Kutaisidə şəhər meri Şota Murquliani və İmereti regionunun qubernatoru Givi Çiçinadze ilə görüşdə yüksələn xətlə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin şəhərlər arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığına diqqət çəkilib. Siyasi münasibətlərin müsbət dinamikası və ölkə başçıları arasında sıx təmas öz növbəsində iki xalq arasındakı münasibətlərə töhfə verir.Şota Murquliani Kutaisi meri: “Biz Gəncə ilə uzun illədir ki, qardaş şəhərlərik. Turizm potensialı, şəhər iqtisadiyyatı, hətta əhalinin yaşam tərzində də oxşadlıqlar var. Istəyirik ki, sənəd üzərində olan ikitərəfli əlaqələri praktik olaraq reallaşdıraq. Bunun üçün hərtəfəli potensial imkan və siyasi iradə mövcuddur. Əminəm ki, Gəncədən olan nümayəndə heyyəti ilə görüşün nəticələri müsbət olacaq və iki şəhər qardaş olduğunu əməli işlərlə ortaya qoyacaq. Bu görüş Kutaisi və Gəncə arasında yaxşı bağlantıların qurulması üçün əsas oldu.”Gəncə ilə münasibətlərin inkişafında maraqlı olduqlarını İmereti regionunun qubernatoru Givi Çiçinadze də gizlətməyib. Gəncənin investisiya mühiti, mədəni, sosial, turistik, infrastruktur və iqtisadi potensialı ilə tanışlığın və imkanlardan yararlanmağın hər iki şəhər üçün faydalı olacağına inam ifadə edib. Gürcüstan tərəfinin münasibətlərə verilən önəmini yüksək dəyərləndirən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bəyan edib.Elmar Vəliyev  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Səfərin iqtisadi, elmi, mədəni əlaqələrin inkişafına təkan verəcəyi şübhəsizdir. Həm mer, həm də qubernatorla danışıqlarımız hərtərəfli və məhsuldar oldu. Hər iki tərəfin münasibətlərin inkişafında maraqlı olması yalnız ölkələrimiz və xalqlarımızın manefeyinə xidmət edir. Cox guman ki, yaxın zamanda Kutaisidə Gəncə günləri, Gəncədə isə Kutaisi günləri keçiriləcəyinə şahidlik edəcəyik. Tezliklə mer və qubernatoru Gəncədə görməkdən məmnun olardıq.”Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadzenin də qatıldığı görüşün yekunu olaraq niyyət memorandumu imzalanıb. Ev sahiblərinə Gəncədən gətirilən xatirə hədiyyələri təqdim olunub.Görüşdən sonra Nizami yurdundan olan nümayəndələr Kutaisinin turizm və tarixi yerləri ilə də tanış olub. Gəncə üçün əhəmiyyətli olan Kelati monastrının ziyarətini isə xüsusi qeyd etməyə dəyər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler