Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gence Dövlet Universiteti: Gerçekliye göz yumub böhtan atanlar

01 Ekim 2016

5:24 am


01/10/2016 [09:20]: xeber –
Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.Gəncə Dövlət Universitetində təhsil alan tələbələr arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.          Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar. Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini – müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.            Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.Amma təəssüflər olsun ki, son vaxtlar bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.Bu məqalələrdə göstərilənlər universitetimizin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur. Universitetin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən böhtan xarakterli yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.Biz burdan üzümüzü bəzi saytlara və qəzetlərə tutub deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Gəncə Dövlət Universitetində görülən işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.          Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda Gəncə Dövlət Universiteti haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.Bu məqalələrdə göstərilənlər universitetimizin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur. Universitetin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Belə qənaətə gəlinir ki, universitetdə şəffaflığın yaradılması, dərsə davamiyyət səviyyəsinin xeyli yaxşılaşdırılması, tədris prosesində interaktiv metodlardan geniş istifadə edilməsi, beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin universitetlə bağlı gedən böhtan xarakterli yazıların “naməlum mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.         Bir daha bildiririk ki,Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler