Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Genc yazarlar ne oxuyur? – SORĞU

24 Eylül 2016

6:52 pm


24/09/2016 [22:51]: xeber –
sayt gənc yazıçı və şairlərə “Nə oxuyursunuz?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.Mübariz Örən: “İndilərdə Nasir Mənzurinin “Qaraçuxa” əsərini oxuyub bitirdim. Çox maraqlı təhkiyəsi, üslubu olan yazıçıdır. Sonra da sağlıq olsun J.Saramaqonun “İsanın incili” romanı gəlir. Necə deyərlər, kitab çox, macal az”.Fərid Hüseyn: “Latın Amerikası şairlərinin şeir antologiyasını oxuyuram”.Hədiyyə Şəfaqət: “İndi eyni vaxtda bir neçə kitab oxuyuram. Çox zaman da belə olur. Hazırda “Heyvanlardan tanrılara Sapiens”, Borxesin “Hər şey və heçnə”sini oxuyuram. Herman Hessenin “Çarxlar arasında”, Volterin “Kandid” və Həmid Piriyevin “Şanapipik haqqında mahnı” kitabını isə yenicə oxuyub bitirmişəm”.Mənsurə Qaçayqızı: “Hazırda Klarisa Pinkola Estesin “Canavarlarla qaçan” adlı kitabını oxuyuram. Psixologiyaya aiddi”.Emin Piri: “Hazırda Şərif Ağayarın yaradıcılığından “Gülümsə” hekayəsini oxuyuram”.Vasif Əlihüseyn: “Çox yorğun iş rejimim var. Amma bütün bunlara baxmayaraq mütaliəmdən də qalmıram. Bir gün ən azından beş – altı səhifə kitab oxumasam elə bilirəm ki, heç nə yeməmişəm. Bu günlərdə Ktun Hamsunun “Aclıq” romanının bitirdim. Əsərdə yazılarından aldığı qonarrarla dolanan adamın həyatından bəhs edilir. Çox maraqlı gəldi mənə. İndi isə İohan Volqfanq Hötenin “Gənc Verterin iztirabları” romanını oxuyuram.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler