Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Genc sahibkarların istehsal etdiyi mehsulların baxış ve satış sergisi keçirildi

25 Haziran 2016

9:12 am


25/06/2016 [13:08]: xeber –
24 iyun 2016-cı il tarixində Gəncə şəhər “Ramada Palace” da gənc sahibkarların istehsal etdiyi məhsulların baxış və satış sərgisi keçirildi.Sərgidə azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və Azərbaycanın müxtəlif regionlarından gəlmiş qonaqlar iştirak etdi. Təşkil edilmiş sərgidə Azərbaycanın rayonlarından olan məhsullar və istedadlı gənclərin əl işləri nümayiş olundu.“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi sərgidə bədii şüşə sənəti ilə çəkilmiş rəsm əsərləri, yumurta qabığı üzərində çəkilmiş əsərlər, kətan üzərində yağlı boya əsərləri, eyniz zamanda dekorativ tətbiqi sənət üslubunda hazırlanmış işlərlə sərgidə iştirak edən qonaqların böyük maraq və diqqətini cəlb etdi.Qeyd edək ki, Fəxriyyə Xələfova bədii tikmə sənəti ilə hazırlanmış, Azərbaycan xalq nağıllarının qəhrəmanlarını əks etdirən kuklaları çox bəyəndi və “Zəka” Gənclər Mərkəzi adından Fəxriyyə xanıma milli üslubda hazırlanmış tilda gəlinciyi hədiyyə olundu.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler