Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Genc qızın ölümüne inanılmaz reaksiya – Nazirlik

25 Ağustos 2016

9:08 am


25/08/2016 [13:07]: xeber –
Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmır. Səhiyyə Nazirliyindən  verilən məlumatda bildirilib ki, hadisə ilə əlaqədar ya A.Orucovanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə (SN) araşdırmanın aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən SN-yə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır. Qeyd edək ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat edib. Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler