Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Genc alimden telekanallara SƏRT TƏKLİF: ”Bacarmırsınızsa, bizi devet edin”

13 Ekim 2016

8:12 am


13/10/2016 [12:09]: xeber –
“Azərbaycanda dünyanın baxılan şou proqramlarının lisenziyası bir-bir alınır, gənclər ya müğənni olur, ya da aktrisa, ya da aşpaz….. Bəs elmi populyar verilişlər? ANS-in “Şəxsiyyət vəsiqəsi” verilişi var idi. Heç olmasa səhv də olsa, düz də olsa nəsə öyrənmək olurdu. Bizim efirlərdə elmi, tarixi, ədəbi debatlar niyə yoxdur?! Saz çalanı efirə dəvət etməklə guya folklora dəstək olurlar. Meyxanaçını dəvət etməklə guya xalq yaradacılığına dəstək olurlar. Bir normal, ciddi debat verilişləri hazırlayın, mövzu üzrə mütəxəssisləri dəvət edin, qoyun əks fikirlər səslənsin”.Bunu sayt saytına açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib. Onun sözlərinə görə, ölkənin gənc ulduz, gənc aktrisa, fermaçı, modelyer, aşpazdan əlavə savadlı kadrlara ehtiyacı var və bunun üçün də telekanallar lazımı addımlar atmalıdır. Z.Əliyev bir tarixçi kimi öz köməyini də təklif edib:“Yarada bilmirsinizsə dəvət edin ssenari yazaq, proqram tərtib edək. Bu gün kifayət qədər sponsor efirlərdə verilişləri maliyyələşdir. Amma niyə maariflənməyə pul ayırmaq istəmirlər?! Onların övladları yoxdurmu?! Onların nəsillərində savadlanmağa meyilli olan gənclər yoxdurmu?! Bu qədər pulları müğənnilərə xərcləyirlər, onların cüzi bir hissəsini elmimizin, ədəbiyyatımızın, folklorumuzun təbliğinə xərcləmək istəmirlər. Niyə? Bizim millətin, dövlətin güclənməsini istəmirlərmi?!. Bu ölkənin hesabına varlanan şirkətlər, iş adamları elmin, Ədəbiyyatın. folklorun, tarixin təbliğ olunmasına da maraqlı olmalıdılar”Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler