Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gelin, ağa qara demeyek…

05 Eylül 2016

2:28 pm


05/09/2016 [18:27]: xeber –
Qəribə də olsa Azərbaycan mətbuatında bir tendensiya yaranıb: kimsə bir iş görəndə bəzi üzdəniraq jurnalistlər ağına-bozuna baxmadan ona min don geyindirməyə çalışırlar. İşin mahiiyyətinə varmadan dövlətə, cəmiyyətə, ayrı-ayrı fərdlərə verdiyi səmərə, ümumi faydası haqda nə ağ,  nə qara – bir kəlmə deyən olmur. Bu qeyri səmimiliyin təsiri ümumilikdə bütün cəmiyyətə sirayət edir ki, o da nəticə etibarı ilə bir çox fəsadlara, bəzən də fəlakətlərə gətirib çıxarır.Əslində cəmiyyət ayrılıqda özü vahid bir orqanizmə bənzəyir. Orqanizmin hər hansı bir üzvündə bir xəstəlik yarananda vaxtında müalicə olunmursa, bütün bədənə yayılıb qarşısıalınmaz bəlaya, sağalmaz yaraya çevrilib orqanizmi məhv edir.Yuxarıda qeyd etdiyim kim  üzdəniraq jurnalistlər bəzən ağa elə qara deyirlər ki, heyrətdən adamın əli üzündə qalır. Bu qarayaxmaların ilk hədəfi isə  guya məmur özbaşınalığı olur.Son günlər mətbuatda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov haqqında gedən bir sıra silsilə yazıları oxuyanda çox təəccübləndim Mənə elə gəldi ki, cəmiyyətimizdə baş verən bütün kəm-kəsirlərin, çatışmazlıqların səbəbkarı sən demə, Kərəm Həsənov imiş. Əslində uzun illər onu yaxından tanımasaydım yəqin ki, yazılanlara inanıb mən də bu qənaətə gələrdim. Elə fikirləşərdim ki, ay dadi-bidad, bu dövlət məmuru daha ölkədə satmadığı obyekt, yıxmadığı ev, kəsmədiyi baş qalmayıb, amanın bir günüdür, təcili onun haqqında bir tədbir görmək lazımdır.Bir nüansı da burada qeyd etməyi lazım bilirəm: bəzən həmin üzdəniraq jurnalistlər faktları elə şişirdirlər ki, tənqid təhqirə çevrilib, həmin məmurun şəxsiyyətinə zərbə vurur. Tənqidlə təhqiri qarışıq salan belələrinə məsləhətim odur ki, şəxsiyyət toxunulmazlığı haqqında biliklərini artırsınlar. Həmişə  hər hansı bir şəxs haqqında yazı yazanda vicdanlarını qarşılarına qoysunlar! Fikirləşsinlər ki, hər-hansı vəzifəni daşımağından asılı olmayaraq hər kəsin ailəsi, ona hörmət bəsləyən yaxın ətrafı var. Kimlərinsə sifarişini yerinə yetirib mənfur yazılarla cəmiyyəti çaşdırmağa çalışmasınlar. Onsuz da həqiqəti nə qədər ört-basdır etsən də yenə həqiqətdir. Kül altında qalmış köz kimi həmişə öz istisini özündə saxlayacaq, parıltısını itirməyəcək.Mən,  bu yazını qələmə almaqla Kərəm Həsənovu müdafiə etmək, onun tərəfini saxlamaq fikrində deyiləm. Bir həqiqəti yaxşı bilirəm ki, o, şəhid qardaşıdır. 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əfilağa Əvəz oğlu Həsənovun  qardaşıdır! Bu ailəni yaxından tanıyan bir qələm əhli kimi 1994-cü ildə həmin şəhid qardaşımız haqqında yazılmış “Şəhriyarlı ilk şəhid” kitabının müəllifiyəm.Düzdür, Kərəm Həsənov dövlət məmurudur. Ola bilsin ki, iş prosesində hər hansı nöqsanlara yol verib. Bəli! İş olan yerdə səhv ola bilər, səhv insana məxsusdur. Ancaq inana bilmirəm ki, o, dövlət cinayəti səviyyəsində səhvlər buraxsın. Gənc olmasına baxmayaraq o, savadlı, təcrübəli və işini yaxşı bilən mütəxəssisdir.Yazılanlarda bir məqama da toxunmaq istəyirəm: guya Kərəm Həsənov ölkə başçısının “qara siyahısı”na düşüb. Bu gün-sabah Prezident onu vəzifəsindən uzaqlaşdıracaq.Əslində, nə əbədi həyat mövcuddur, nə də əbədi vəzifə. Təbii bir haldır ki, vəzifədə işləyən adam nə vaxtsa  postunu təhvil verməlidir. Bir də ki, vəzifəyə qoymaq, vəzifədən çıxartmaq səlahiyyəti ancaq Prezidentə aid olan məsələdir. Soruşmaq lazımdır: sizə nə düşüb, əziz həmkarlarım, kimlərin sifarişlərini yerinə yetirirsiniz, bundan ölkəmiz, dövlətimiz, cəmiyyətimiz nə fayda görəcək?Gəlin, ağa qara deməyək. Vicdanımız qarşısında özümüz-özümüzə hesabat verək. Cidanı çuvalda gizlətmək olmaz. Kimlərinsə sifarişi ilə ortaya düşüb namuslu, işini bilən gənc bir mütəxəssisi, dövlər məmurunu ləkələmək heç kəsə başucalığı gətirməyib. Əksinə, belə naqisliklərdən həmişə dövlət də, insanlar da əziyyət  çəkib.(dunyamedia.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler