Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gelen il buraxılış imtahanlarında yenilik edilecek

Genel 18 Haziran 2016

11:36 am


18/06/2016 [15:35]: xeber –
“Növbəti tədris ilində IX sinifdə təhsil alacaq şagirdlər 2008/2009-cu tədris ilindən tədrisinə başlanan kurikulum proqramı ilə təhsil alan uşaqlardır. Onların IX sinfi bitirdikləri zaman qiymətləndirmədə müəyyən yeniliklərin tətbiqi gözlənilir”.sayt APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. O bildirib ki, növbəti tədris ilindən etibarən həmin yeniliklərdən biri şagirdlərin yazı qabiliyyətlərinin yoxlanması, inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə buraxılış imtahanın tərkib hissəsi kimi essenin (yazı işlərinin) tətbiq olunmasıdır.Nazir müavini qeyd edib ki, hazırda müvafiq dövlət qurumlarından olan həmkarlarla bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, yeni tədris ilinin əvvəlində bunun hansı formada həyata keçirilməsi, kimə şamil edilməsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler