Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Geleceyin telebesi nece olacaq? – Professor

26 Temmuz 2016
7:32 am


26/07/2016 [11:28]: xeber –
Gələcəyin tələbələrinin necə olacağını görmək üçün bir çox amillərə diqqət yetirmək lazımdır. Bunlar demoqrafik, iqtisadi, texnoloji və pedaqoji cəhətlərin nəzərə alınmasını şərtləndirir. Bu sahədə müxtəlif mülahizələr də irəli sürülüb. Bu məqalədə daha bir mülahizəni də biz irəli sürürük.Cəmiyyətin demoqrafik, texnoloji, sosial-media sahəsində inkişafı və tələbələrin öyrənmə stillərindən, həmçinin öyrənmə təcrübələrindən gözləntiləri bizə onu deməyə əsas verir ki, növbəti on ildə universitet və kolleclərdə oxuyacaq tələbə kontingenti öz sələflərindən çox fərqlənəcəklər. Ali təhsil müəssisələri gələcəyə inamla baxmaq üçün onları gözləyən dəyişikliklərə, fərqlərə, uyğunsuzluqlara, imkanlara çox diqqətlə yanaşmalıdır.Rəqəmsal inqilab demək olar ki, hər şeyi “zəbt” edib və gələcək tələbələr də bu sahədə istisna deyil. Bu gün təxminən 15 yaşdan sonra insanların əksəriyyəti (məs. ABŞ-da 97%) internetdən istifadə edir, 90% isə müxtəlif sosial şəbəkələrin istifadəçisidir. Tələbələr passiv öyrənci olmaq istəmirlər. Onlar istehlakçı olmaqla bərabər, həm də məmnunluq, zövq, məzmun istehsalçılarıdırlar. Bununla belə müasir rəqəmsal təhsil üzrə ekspertlərin fikri belədir ki, universitet və kolleclərin bü gün verdiyi tədrislə tələbələr arasında bir uçurum hiss olunur. Əgər bu fərq artıq açıq-aydın hiss olunursa, demək yaxın 10 ildə növbəti tələbə nəslinin ehtiyacları ilə (onların çoxu hibrid, on-line və qeyri-formal formada təhsil alacaqlar) mövcud ənənəvi təhsil-öyrətmə, biliyin qiymətləndirilməsi, tələbə rəğbətləndirilməsi kimi metodlar daha çox “hiss” olunacaq.Yaxın on ildə rəqəmsal inqilabın təhsilə verdiyi töhfələr daha çox özünü nədə hiss etdirəcək? ABŞ-ın Qərb Ştatları üzrə Ali Təhsil Komissiyasının belə bir hesabatı var – “Kollec qapısının döyülməsi”. Hesabatda göstərilir ki, dünya üzrə tam orta təhsilli məzunların sayı getdikcə aşağı düşəcək. Amma universitet tələbələrinin demoqrafik cəhətdən kəskin dəyişəcəyi gözlənilir.“Smart phone nəsli” artıq qapının ağzını kəsib. Ailə gəlirlərindən, irqindən, cinsindən, dinindən asılı olmadan deyə bilərik ki, yaxın on ildə tələbələrin əksəriyyəti universitetin sinif otaqlarına özlərinin informasiya-texnologiya vasitələri ilə gələcəklər. Məhz “smart phone”lar bu dəyişikliklərin önündə olacaq. Cəmiyyət bilik qıtlığını unudub, yavaş-yavaş 24 saat bilik əldə etmək imkanına malik olacaq.Bu gün biliyin əldə olunmasının rəngarəng formaları mövcuddur. Bu əhatə dairəsinin daha da genişlənməsinə İT vasitələrinin get-gedə düşən qiymətləri də səbəb olacaq. Bir sözlə, biz texnoloji transformasiyalardan keçirik. Bu yalnız kollecə, universitetə gedib komputerimizi açmaqla bitmir. Bu bizim beynimizin və həm də bilgilərimizin genişlənməsidir. Yaxşı, bəs onda bu ali təhsil üçün nə deməkdir? Artıq biz tələbələrin “silahlandığı” texnoloji vasitələrlə işləməyə öyrəşməliyik, nəinki onlara müqavimət göstərməyə, qadağa qoymağa. Hətta bəzən tələbələrdən xahiş etməli olacağıq ki, mobil alətində bu və ya digər məsələni dəqiqləşdirməkdə yardımçı olsun. Tələbələr universitetə biliyin necə əldə olunması haqqında müxtəlif ideyalarla gələcəklər. Onların əksəriyyəti məlumatı necə əldə etməyi bilirlər, onlara master-mütəxəssis lazım deyil ki, lövhənin qarşısında dayanıb onlara nəzarət eləsin. Onlara bir nəfər koordinator (professor, müəllim) lazım gələcək ki, onları öz qrup yoldaşları ilə birlikdə öyrənməyə ruhlandırsın. Tələbələri qarşılıqlı əməkdaşlıq formasında öyrənməyə sövq etmək çox mühün amil olacaq.Artıq bu gün tələbələr kommunikasiyanın müxtəlif formalarını tapmaqda çox çevikdirlər. Məsələn, belə formalardan biri Tvitterdir. Bu, həm yenidən yaratma, yenidən qurma, həm də öyrənmə vasitəsidir, əlbəttə düzgün məqsədlər üçün tam istifadə olunduqda.  Bu gün gənc nəsil (heç şübhəsiz gələcək nəsil də belə olacaq) informasiyanı təcili əldə etmək üçün çox səbrsizdir, bir saniyədə qısa mesajları qəbul edib cavablandırırlar. Yaşlı nəsil isə bir növ elektron poçtlarla yazışmalara üstünlük verir.Gənc nəsil üçün öyrənmə artıq sosial xarakterlidir. Tələbələr əldə etdikləri bilikləri yeni formada cəmləşdirərərək özününküləşdirirlər. Bu tələbələr üçün əldə olanların yenidən qarışdırılması sayılır. Tələbələr öz İT qabiliyyətlərinə uyğun olaraq yaradıcı, qurucu olmaq istəyirlər. Bu gün tələbə artıq informasiyanı ənənəvi formada (mühazirənin deyilməsi və yazdırılması) almaq istəmir. Bu forma onlara cansıxıcı görünür, bəzən də onları əsəbiləşdirir. Son nəticədə isə o, öz telefonu ilə oynamağa başlayır. Əgər öyrədənlər bu gün gənc nəslin demək olar ki gündəlik həyat tərzinə çevrilmiş texnoloji dəyişikliklərlə ayaqlaşa bilmirlərsə, bu ancaq öyrədənlərlə öyrənənlər arasında daha böyük uçuruma gətirib çıxaracaq. Gənc nəsil indi güclü informasiya kanallarının bir hissəsdir, onlar istənilən informasiyanın həmin saatda qəbulu və ötürülməsi ilə seçilirlər. Şübhəsiz ki, belə olan tərzdə onun auditoriyada bir professordan informasiyanın alınmasını səbrlə gözləməsi o qədər də ağılabatan deyil. Unutmaq olmaz ki, bu günün tələbəsi dünya haqqında daha çox narahatdır, daha çox məlumatlıdır, eyni zamanda bu dünyanı onlar daha yaxşı görmək istəyirlər.Bu gün tələbələr üçün maraqlı olan məsələlər onlara tədris olunmalıdır. Bu da ki, heç şübhəsiz təhsilin məzmunu deməkdir.Rəqəmsal inqilab öyrənmə üçün müxtəlif ekosistemlər yaratmışdır. Tələbələr ümumiləşmələrin, aktiv öyrənmənin arzusundadır. Etiraf etmək lazımdır ki, bir çox təhsil müəssisələri rəqəmsal dünyanın bir parçası olan XXI əsr tələbələrilə ənənəvi  dildə danışmaq istəyirlər. Bu isə heç şübhəsiz öyrədənlə öyrənən arasında anlaşılmazlığa gətirib çıxarır. Bəs onda nə etməli? Məsələnin həllinin bir forması ənənəvi mühazirə formasından imtina etmək, ya da onun deyilmə formasını dəyişməkdir. Məsələn, mühazirənin videosunun tələbələrə göndərilməsi (ya da müəllimin öz saytında yerləşdirilməsi) metodu mümkündür ki, tələbələrin daha da ürəyincə olsun. Dərsə gəlməmişdən qabaq onlar həmin videoya baxar, mövzudan xəbərdar olar, dərs zamanı isə daha çox debat-müzakirədən istifadə olunar. Məhz bu öyrətmə forması “on-line” rejimdə kütləvi öyrənmənin ən yaxşı metodu hesab olunur. Tələbəni daha çox müxtəlif  məzmunlu tapşırıqlar, layihələr üzərində müstəqil işə yönəltmək lazımdır. 90 dəqiqəlik mühazirə artıq heç bir tələbə üçün maraqlı deyil. Tələbənin diqqətini cəlb edən məsələlər daha önəmlidir. Bu gün tələbələrin daha çox “aclıq” hiss etdiyi, arzusunda olduğu məsələlər auditoriyada onlara hörmət qoyulması və öyrənməyə motovasiyanın yaradılmasıdır.Hələ son zamanlara qədər belə düşünürdük ki, işləmək, öyrənmək və yaşamaq ayrı-ayrı təcrübələrdir. Uşaqlığımızın əsas hissəsini məktəbdə keçiririk, yetkinlik, yaşlı çağlarımızı işdə, ya da iş axtarmaqda keçiririk, harada bir balaca imkan tapan kimi şəxsi həyatımıza vaxt ayıra bilirik. Bu gün meydana çıxan öyrənmə, bilik iqtisadiyyatı demək olar ki, hər şeyi dəyişir. Ona görə ki, öyrənmək, təhsil almaq etdiklərimizin hər birində bir valyutaya çevrilir, alqı-satqı rolunu oynayır.Sonu görünməyən təhsil, öyrənmə resursları davamlı inkişaf üçün bir imkandır, yeni arzular, istəklər üçün açılan bir gələcəkdir. Rəqəmsal və fiziki təcrübələrin birləşdirilməsi öyrənməni, təhsili iş ahənginə inteqrasiya etmək üçün bir platforma yaradır, elə bir platforma ki, bu zaman həyatla iş arasında, öyrənmə ilə yaşamaq arasında bir çevrə yaranır. Məhz bu çevrələr sayəsində biz davamlı olaraq, əks əlaqə yarada bilirik. Bu əks əlaqə bizə imkan verir ki, öz mühitimizi özümüzün şəxsi ehtiyaclarımıza, hisslərimizə və həyat şəraitimizə uyğunlaşdıraq.İngilis dilində belə bir ifadə var – öyrənmək qazanmaqdır (Learning is earning). Fikrimizcə gələcəyin təhsilində öyrənmək – işləmək – yaşamaq həyatın minlərlə gözlənilməz olan töhfələrinin öhdəsindən gəlmək üçün artıq bir yerdə birləşmişdir. Bu yola çıxanlara uğurlar diləyi ilə…(admiral.az)Professor Əfqan Abdullayev 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler