Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gedebeyde bir gecede 6 avtomobile od vuruldu

26 Haziran 2016

5:12 am


26/06/2016 [09:11]: xeber –
Ruhi problemləri olan Novruz Vəliyev Qazax rayonlararası xəstəxanaya yerləşdiribGədəbəydə bir gecədə 6 avtomobilə od vurulub. ANS PRESS-in məlumatına görə, hadisə Gədəbəyin Şınıx bölgəsində Arabaçı və Zamanlı kəndlərində baş verib.25 yaşlı Fərzalı kənd sakini Novruz Vəliyev gecə saatlarında kənd yollarında qarşısına çıxan nəqliyyat vasitələrinə od qoyub.Arabaçı kənd icra nümayəndəsi Vaqif Vəliyevin sözlərinə görə, Novruz Vəliyev əskini benzinə batırın təkərin üstünə qoyub, sonra da od vurub.Kənd sakinlərinin sözlərinə görə, Novruz Vəliyev ali savadlıdır. Hətta o təhsil aldığı Azərbayjan Dövlət Aqrar Universitetində prezident təqaüdü də alıb.Gənci tanıyanların vurğuladığına görə, Novruz Vəliyev çox savadlı şəxs olub. Zərərçəkənlərin və kənd sakinlərinin sözlərinə görə, onda son dövrlər ruhi psixoloci problemlər aydın şəkildə hiss olunub.Mor-Mor kəndinin icra nümayəndəsi Şakir Şirinov deyir ki, yaşadığı kənddə qonşusunun evini yandırıb, bundan sonra onu Qazax ruhi xəstəxanasına aparıblar. Daha sonra valideyinlərinin qaldığı Bakıya dəlixanaya aparıblar, müalicə alıb.Novruz Vəliyev 4 avtomobili Arabaçı kəndində, digər 2 maşını isə Mor-Mor nümayəndəliyinin Zamanlı kəndində yandırıb.Zərərçəkən Göyçək Vəliyevanın sözlərinə görə, onun 3 oğlumun maşını yandırılıb: “Maşınlardan biri kreditlə götürülüb, heç pulu verilməyib, sənədlər də maşının içində olub.Kənd sakinlərinin iştirakı ilə Novruz Vəliyev polisə təslim edilib. Polis isə ruhi problemləri olan gənci Qazax rayonlararası xəstəxanaya yerləşdirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler