Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gece klubunda reqqase, generalın katibesi – Dünyanın ilk qadın prezidenti

19 Ağustos 2016

12:24 pm


19/08/2016 [16:23]: xeber –
Bir zamanlar dünyanın bir sıra ölkələrində İzabel kimi tanınan Mariya Estela Mertines de Peron tarixə bəşəriyyətin ilk qadın prezidenti kimi düşüb. O, 1931-ci il fevralın 4-də La Rioxada (Argentinanın şimal-qərbində) bank xidmətçisinin ailəsində doğulub. Ailə 1938-ci ildə Buenos-Ayresə köçüb. Mariya institutda mədəniyyət üzrə təhsilini də burada alıb. Fransız dili və musiqi müəllimi işləyən qadın Servantes adına teatrın balet truppasının tərkibində səhnəyə çıxıb.Səhnə fəaliyyəti dövründə İzabel adını alan qadın bir il sonra siyasətlə maraqlanmağa başlayıb.  Rəsmi versiyaya əsasən o, 1955-ci ildə gələcək əri, general Xuan Dominqo Peronla tanış olub. Bu tanışlıq Mariya Estela Mertinesin generalın katibəsi olmasıyla nəticələnib. Devrilmiş lider bu vaxtlar Panamada mühacirətdə yaşayırdı. İzabel isə gecə klubunda rəqqasə işləyirdi. Onların tanışlığı təsadüfən baş tutmuşdu.Qadın 1960-cı ildə Peronla birlikdə İspaniyaya qayıtdı. Lakin Peron kilsənin təzyiqi ilə 1961-ci ildə qadınla evlənməyə məcbur oldu. Qeyd edək ki, həmin vaxtlar İzabel qoca ərindən 35 yaş kiçik idi.  Peron siyasətə qayıtdıqda həyat yoldaşı da onunla birlikdə Cənubi Amerikanın ayrı-ayrı ölkələrini və İspaniyanı səyahətə çıxdı. Beləcə, böyük siyasətlə maraqlanmağa başladı.Mariya təkcə ərini müşayiət etməklə kifayətlənmir, peronçular hərəkatında fəal iştirak edir, ərini dəstəkləyən təşkilatların fəaliyyətlərini əlaqələndirirdi. Bir sözlə, İzabel aktiv siyasətlə məşğul olurdu.Lakin müəyyən səbəblər qadının bir müddət siyasətdən kənarlaşmasına səbəb oldu. Amma bu da ötüb keçdi. Peron 1973-cü ildə növbəti dəfə Argentinaya rəhbərlik etməyə başladıqda həyat yoldaşını vitse-prezident vəzifəsinə təyin etdi. Seçkilərdən qələbə ilə çıxmış cütlük Avropa ölkələrinə rəsmi səfərlərə başladılar. Peron sərhədi tərk edib başqa dövlətə rəsmi səfər edəndə isə vətəndə onun səlahiyyətlərini həyat yoldaşı icra edirdi.  Qeyd edək ki, İzabelin həyat yoldaşı olmuş Xuan Peron həm də Hitlerin əlaltılarına geniş dəstək verməsi ilə tarixə düşdü. Məhz onun hakimiyyəti dövründə yüz minlərlə yəhudini faşist hərbi düşərgələrində məhv etmiş Adolf Eyxman, Yozef Menqele və digər nasistlər Argentinaya qaçaraq orada sığınacaq tapmışdılar. İzabel özü də faşistlərə rəğbəti, kommunistlərə və demokratlara nifrəti ilə seçilirdi. Qoca Xuan Peron 1974-cü ildə dünyasını dəyişdi. Bu səbəbdən onun səlahiyyətləri dərhal vitse-prezident İzabelə keçdi.Qadın ölkədə bir sıra siyasi islahatlar həyata keçirdi. İqtisadi və siyasi dəyişikliklərə imza atan keçmiş rəqqasə bəzi siyasi partiyalarla ittifaqa girməkdən belə çəkinmədi. 1974-cü ilin 1 iyulundan 1976-cı ilin 26 martına qədər Argentinanın prezidenti səlahiyyətlərini icra etmiş İzabel general Xorxe Rafael Videlin çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırıldı. Ev dustağı edilən qadın 1981-ci ildə imkan tapıb İspaniyaya üz tutdu. Lakin uğursuzluqlar bununla yekunlaşmadı. İzabelin digər problemləri də ortaya çıxardı. 2007-ci ildə Argentinada keçmiş prezidentin həbsinə order verildi. O, yüzlərlə ölkə vətəndaşının öldürülməsində və yoxa çıxmasında günahkar hesab edilirdi. İddialara görə, onun hakimiyyəti dövründə yüzlərlə siyasi fəal oğurlanaraq öldürülmüş, gizli şəkildə məhv edilmişdi. Bir sıra müxalif dairələr bu qətllərdə İzabeli ittiham edirdilər.Buenos-Ayres İzabelin həbsi haqda qərarı əsas gətirərək, ispan hökumətinə müraciət etdi. Lakin 2008-ci ildə İspaniyanın Milli Məhkəməsi Buenos-Ayresin İzabeli ekstradisiyası xahişini rədd etdi.Beləcə, İzabel tarixə dünyanın ilk qadın prezidenti kimi düşdü.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler