Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

GDU – Gözel enenelere ve şerefli tarixe malik olan bu universitet…

25 Eylül 2016

11:00 am


25/09/2016 [14:59]: xeber –
Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti Azərbaycan təhsilinə dəyərli töhfə verməkdədir.Gəncə Dövlət Universiteti 1938-43-cü illərdə 2 illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci ildən isə Universitet kimi fəaliyyət göstərir.Universitetimiz fəaliyyətə başladığı ilk illərdən özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. Universitetin onlarla pedaqoqu orden, medallara və diqər dövlət təltiflərinə layiq görülmüşdür.Hal-hazırda universitetdə 8 fakültə, bir əlavə təhsil fakültəsi, 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır. Bakalavr səviyyəsində 5482 tələbədən 1367 nəfəri dövlət sifarişi, 4115 nəfəri ödənişli, magistratura səviyyəsində isə 306 nəfərdən 136 nəfər dövlət sifarişi, 170 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.Bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır. Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə – “açıq dərs”lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin “açıq dərs”lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparılır.Universitet xarici beynəlxalq əlaqələrə geniş yer verir. Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan “KOİCA” geniş yer tutur.Universitetdə “Elektron universitet” layihəsi reallaşdırılıb. Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan “KOİCA” universitetin təhsil və inzibati işlərin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürüb. İki milyon manatdan artıq vəsait tələb edən işi həmin təşkilat könüllü olaraq təmənnasız yerinə yetirəcək. Bunun üçün ilkin hazırlıq mərhələsi yekunlaşıb. Bu otaq gələcəkdə “Koreya mərkəzi” olacaqdır.Mərkəzdə həmçinin tələbələrin Koreya dilini öyrənmələrinə imkan yaradılacaq.Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. Universitetimizdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitetimizin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Gəncə Dövlət UniversitetiTürkiyənin “Mövlana” mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb.Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.Universitetimizdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 300-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 50-dək elmi məqaləsi dərc edilmişdir,onlarla dərs vəsaiti,metodik vəsait və monoqrafiyaları çap olunmuşdur.Universitetimizdə elmi konfrans və simpoziumlar keçirilməsi də ənənə halını almışdır.Universitetin bütün tədris binalarında təmir başa çatdırılmış, bütün tədris binalarında müasir standartlara cavab verən sanitariya qovşaqları quraşdırılmışdır. II tədris binasının həyətində Gəncə şəhərində analoqu olmayan çox yüksək keyfiyyətli ot örtüyünə malik mini futbol stadionu yaradılmış, tamaşaçılar üçün oturacaqlar qoyulmuş, stadionun dövrəsində qaçış zolağı, basketbol meydançası da tam hazır vəziyyətə salınıb tələbələrin ixtiyarına verilmişdir.Bundan əlavə İqtisadiyyat və filologiya fakültələrinin yerləşdiyi 4-сü korpus divarları saxlanılmaqla tam sökülmüş və qısa bir müddət ərzində əsaslı şəkildə beynəlxalq standartlara uyğun təmir olunmuşdur.Universitetin Xarici dillər fakültəsinin yerləşdiyi 3-cü korpusda təmir işləri tam başa çatdırılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanında yerləşən və dörd mərtəbədən ibarət V tədris binasında da əsaslı təmir işləri aparılır.Bina divarları saxlanmaqla başdan-başa sökülmüşdür.Binada planlı surətdə, tələbata uyğun olaraq seminar, mühazirə otaqları, kabinetlər, kitabxana müəyyənləşdirilmiş, təmir də bu istiqamətdə aparılır. Binanın dam örtüyü mansarda tipində dəyişdirilmiş, otaqlarda istilik sistemi, sanitar qovşaqları yaradılmış, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində öz real həllini tapmaqdadır. V tədris binasının əsaslı təmir edilib istifadəyə verilməsi Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması deməkdir. Otaq baxımından çətinlik çəkən fakültələrdə artıq bu problemə bir dəfəlik son qoyulacaqdır və dekabr ayında bu tədris binasının tələbələrin istifadəsinə veriləcəyi planlaşdırılır.Bu il Gəncə Dövlət Universitetinin tarixində ilk dəfə olaraq bakalavriat səviyyəsinə 1300 nəfərdən çox tələbə qəbul olmuşdur.Bu tələbələrin 351 nəfəri dövlət sifarişi,qalanı isə ödənişli əsaslarladır. Onlardan 53 nəfəri 500-600 arası, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.Qəbul planının yerinə yetirilmə faizi 85,45 % təşkil etmişdir.Qəbul imtahanlarında respublika üzrə ixtisas seçiminə görə Gəncə Dövlət Universiteti ilk 5 universitet arasındadır.Yeni tədris ilində tədris binaları yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verəcək maddi-texniki baza ilə zənginləşdirilmişdir. Kafedralar, auditoriyalar, o cümlədən Zoologiya kafedrasında 1 labarotoriya, Botanika kafedrasında 2 laboratoriya, Kimya kafedrasında 3 laboratoriya tam təhciz olunub və müasir avadanlıqlarlarla təmin edilmişdir. Universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunmuş, tədris binaları arasında fiberoptik kabellərlə “Gigabit ethernet ” texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilmişdir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılmışdır.Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Universitet tələbələrinin lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, tələbələrimiz dəfələrlə idmanın müxtəlif növlərində şəhər və Respublika yarışlarının qalibi, yaxud II, III yerlərə sahib olmuşlar.GDU-nun Kimya kafedrasının nəzdində olan Fiziki və kolloid kimya laboratoriyası yenidən qurulub əməkdaşların və tələbələrin istifadəsinə verilmişdir. Laboratoriyada tələbə və müəllimlərin rahat işləmələri üçün münasib iş şəraiti yaradılmış, fənn üzrə məşğələlər aparılmasına tələb olunan bütün avadanlıqlar alınıb quraşdırılmış, şkaflarda səliqəli şəkildə yerləşdirilmişdir.Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun bir başa təşəbbüsü ilə Baş binanın foyesində qoyulan və Ural mərmərindən böyük sənətkarlıqla yaradılmış Ulu Öndər Heydər Əliyevin büstü bütün kollektiv üçün əvəzsiz hədiyyədir. Bu o deməkdir ki, kollektiv dahi rəhbərin yolu ilə gedir,onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının siyasətini dəstəkləyir. Bəli, bu gün Azərbaycanın ali təhsil müəssisələri arasında xüsusi yeri və mövqeyi olan Gəncə Dövlət Universiteti son illər geniş inkişaf yoluna düşərək bir sıra diqqətçəkən uğurlara imza atıb. Təsadüfi deyil ki, 2016/2017-ci tədris ilinə tələbə qəbulu zamanı Universitet Respublikanın ali məktəbləri arasında layiqli yerlərdən birinə sahib olub.Əlbəttə, bu uğurun qazanılmasında müəllim heyətinin gərgin əməyi xüsusilə qeyd edilməlidir. 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru,professor; 151 nəfəri dosent; 303 nəfər fəlsəfə doktoru,baş müəllim və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 5 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir.Hal-hazırda ümumxalq referendumunun yüksək səviyyədə keçirilməsi üçün kollektiv əlindən gələni əsirgəmir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini – müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyirELÇİN CAVADOV,Gəncə Dövlət Universitetinindosenti,texnika üzrə fəlsəfə doktoru


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler