Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Füzuli müasir şairlerimizle görüşdürülecek – “YUĞ” PREMYERA

04 Temmuz 2016

7:28 am


04/07/2016 [11:27]: xeber –
6 iyul saat 19.00-a YUĞ Dövlət Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası  keçiriləcək. Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.  Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir. sayt xəbər verir ki, səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların  öz ədəbi materiallarından istifadə olunub. Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər. Teatrın baş rejissoru Gümrah Ömər tamaçşa haqqında bunları deyib: “İlk dəfə olaraq biz “Aşiqlik”, “Eşq” mövzusuna müraciət etmişik və tamaşanın adından da göründüyü kimi, əbədi aşiq anlayışını “Psixosof” teatr poetikası vasitəsilə realizə etməyə çalışmışıq”Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler