Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fransız-Azerbaycan Universitetine imtahanın neticeleri açıqlanıb

29 Temmuz 2016

4:12 pm


29/07/2016 [20:10]: xeber –
İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) imtahanın nəticələri açıqlanıb. 280 nəfər imtahan verən abituriyentdən 120 nəfəri dövlət sifarişli, 40 nəfəri isə ödənişliyə daxil olaraq UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib. İmtahanda uğur əldə etmiş tələbələrin kimliyi ilə http://ufaz.edu.az/?page_id=864 linki vasitəsilə keçid edərək tanış olmaq mümkündür. İmtahan nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilər.İmtahandan uğur əldə etmiş gənclər iyulun 31-i və avqustun 1-də ADNSU-ya gələrək sənədlərini təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək. UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-ın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.Xatırladaq ki, 2016/2017-ci tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.Əlaqə vasitələri:Ünvan: Bakı şəhəri, Azadlıq pr. 34, (ADNSU-nun əsas tədris binası)Əlaqə telefonu: +994 12 493 33 68Veb-səhifə: ufaz.edu.az E-poçt: [email protected]/* */ FB: facebook.com/ufaz.university/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler