Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fransanın keçmiş baş naziri vefat edib

03 Temmuz 2016

5:24 am


03/07/2016 [09:22]: xeber –
Mişel Rokar Avropa Birliyi tərəfdarı olaraq tanınırdı.Fransanın sabiq baş naziri Mişel Rokar 85 yaşında dünyasını dəyişib.ANS PRESS-in məlumatına görə, Rokar paytaxt Paris xəstəxanasında dünyasını dəyişib. Rokarın oğlu Fransis bu barədə açıqlama verib.Ыosialist siyasi lider 1988-1991-ci illərdə ölkənin baş naziri vəzifəsində çalışıb. Həmin dövrdə Fransa prezidenti Fransua Mitteran olub. Mişel Rokar 1998-ci ildə Mitteranı dürüst olmamaqda təqsirləndirmişdi. Bu, iki siyasi lider arasında ziddiyyətin yaranmasına səbəb olmuşdu.Mişel Rokar Avropa Birliyi tərəfdarı olaraq tanınırdı.Fransa prezidenti Fransua Oland Rokarın ölümünü Fransa xalqı üçün ağır itki hesab edib. Oland Rokarı solçuların əvəzolunmaz siyasi xadimi adlandırıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler