Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fransadan İlham Əliyeve böyük haqsızlıq – Ensiklopediya xetası…

21 Temmuz 2016

8:12 am


21/07/2016 [12:08]: xeber –
Tanınmış təhsil ekspert fəlsəfə doktoru Etibar Əliyev Fransanın məşhur  “LAROUSSE” Ensiklopediyasında Azərbaycanla bağlı yanlış məlumutların çap olunması barədə sayt-a ilginc açıqlama verib:“Azərbaycan haqqında bir çox Ensiklopediyalarda yanlış məlumatlar verilir. Bunlar çox vaxt bilərəkdən edilir. Bu yaxınlarda əldə etdiyim məşhur “LAROUSSE” ensiklopediyasında da ciddi yanlışlıqlara yol verildiyinin şahidi oldum.  Bu ensiklopediyada yazılır: “Azərbaycanda milli şüurun inkişafı 1988-ci ildə başlayıb. Azərbaycan milliyətçiliyi ilk olaraq Sumqayıt və Kirovabadda ermənilərə qarşı törədilən iğtişaşlarda özünü biruzə verdi. 1989-cu ildə Xalq Cəbhəsi yaradıldı. 1990-cı ildə ermənilərin yenidən iğtişaşa məruz qalmaları nəticəsində sovet ordusu Azərbaycana yeridildi. Qoşunun yeridilməsi milli şüuru zəiflətdi. Qarabağ müstəqilliyini bəyan etdikdən sonra müharibə daha da qızışdı. Ayaz Mütəllibov hakimiyyətdən devrildi. Prezident Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy seçildi. Azərbaycan ordusunun çoxsaylı məğlubiyyətlərindən sonra Elçibəy qaçmalı oldu. Azərbaycan Kommunist Partiyasının keçmiş 1-ci katibi Heydər Əliyev prezident seçildi. 2003-cü ildə Heydər Əliyev prezident postunu oğlu İlham Əliyevə təhvil verdi”. Azərbaycan Milli Ensiklopediya Mərkəzi bu cür yanlılıqların gələcək nəşrlərdə təkrar olunmaması üçün bu Ensiklopediyanın redaksiya heyətinə etiraz göndərməlidir. Lakin indiyə qədər Milli Ensiklopediyanın rəhbərliyinin bununla maraqlanmaması təəccüb doğurur. Məktəb yaşında olan uşaqlar da bilir ki, Azərbaycanda hakimiyyətin ötürülməsi dünyada mövcud olan demokratik prosedurlarla həyata keçirilib və İlham Əliyev 2003-cü ildə ümumxalq səsverməsi ilə prezident seçilib. Məşhur ensiklopediyalarda yol verilən yanlışlıqlar (nadanlıqlar) dünyada Azərbaycan həqiqətlərinə düzgün qiymət verilməsinə mane olan vasitələrdən biri kimi qiymətləndirilməlidir. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler