Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fransada töredilmiş terror aktı ile elaqedar AMP-in Beyenatı

15 Temmuz 2016

11:08 am


15/07/2016 [15:06]: xeber –
Ötən gün Nitsa şəhərində törədilmiş qanlı terror hadisəsi bizi çox sarsıtdı. Çoxlu sayda insanın həyatını itirməsi və yaralıların olması ilə nəticələnən bu xaincəsinə hücumu bütün bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk. Dinc və günahsız insanları həyatdan məhrum etməyə hesablanmış təcavüzü qətiyyətlə pisləməklə yanaşı bütün gücləri terrora qarşı qətiyyətlə mübarizə aparmağa, terror aktının sifarişçilərinə və icraçılarına qarşı ən sərt mübarizə üsullarından istifadə etməyə çağırırıq. Gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması və qanlı terror aktını törətmiş qatillərin cəzalandırılması üçün bütün terror təşkilatlarına qarşı səyləri birləşdirmək dünya dövlətlərinin ən başlıca vəzifəsi olmalıdır. Terror nəticəsində həyatlarını itirmiş şəxslərin ailə üzvlərinə, həmçinin Fransa dövlətinə və xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Uca Allahdan şəfa diləyirik!




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler