Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fransa Əliyev ve Sarkisyanın yeni görüşünü teşkil etmek isteyir

22 Haziran 2016

8:48 am


22/06/2016 [12:46]: xeber –
Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. sayt RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib. “Münaqişə tərəfləri arasında vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri öz öhdəçiliklərini yerinə yetirməkdə davam edəcəklər, eləcə də etimadın bərpa olunması və münaqişənin hərtərəfli dinc yolla həll edilməsi istiqamətində səy göstərəcəklər.Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib”, – o qeyd edib. Səfirin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Sankt-Peterburqda keçirilən üçtərəfli görüşün nəticələrini alqışlayır. “Münaqişənin dinc yolla həllinə yalnız daimi dialoq vasitəsilə nail olmaq mümkündür”, – deyə O.Buşe əlavə edib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler